"Həyəcan təbili çalmaq vaxtıdır, problem ciddidir və artıq biz gecikirik"- Ekspertdən AÇIQLAMA
Son zamanlar təhsil ocaqlarında xoşagəlməz hadisələrin sayı artmaqdadır. Müəllim və şagird arasında yaranan mübahisəli görüntülərdən sonra şagirdlərin bir-biri ilə davasının görüntüləri yayıldı. Bu gün əgər orta təhsil müassisələrində psixoloq varsa və dövlət tərəfindən onlara maaş ayrılırsa, niyə baş verən hallar öz həllini tapmaq yerinə, daha da artır?
Məsələ ilı bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, belə davam etsə, bizi heç də yaxşı nəticə gözləmir:
"Bu, hamıya aiddir. Təhsil artıq qeyri ciddi bir forma alıb, bayağı şəklə düşüb.
Təhsilin idarə edilməsi ilə bağlı, xüsusən də orta təhsil məktəbləri səviyyəsində biz ciddi böhran keçirdirik və bu böhran da öz acı nəticələrini göstərəcək. Orta təhsil məktəblərində direktor, müavin, psixoloqlar işləmirlər. İndi də əllərinə yaxşı kampaniya düşüb: "Koronavirusdur, gəlin məktəbləri bağlayaq". Məktəbləri bağlayaq, evdə də "internetimiz yoxdur" deyib dərs keçməyək, amma əvəzində pul alaq?
Bu gün məsuliyyət hissi çox aşağı səviyyədədir. Təhsil sistemində heç kim öz məsuliyyətini dərk etmir. Ancaq ayın tamam olmasını gözləyirlər ki, maaş alsınlar.
Bu gün psixoloqlar məktəblərdə şagirdlərlə individual işləyib, psixoloji vəziyyətləri ilə bağlı uşaqları testdən keçirtməlidirlər.
Vəziyyət gördüyünüz və düşündüyünüzdən də pisdir. Bu gün etik qaydalara uyğun olmayan videolar artıq məktəblərdə adi hal alıb.
Təbii ki, bunların heç biri xoş deyil. Bu hal bizi ciddi şəkildə narahat edir.
Məktəblərdə təhsilin, tədrisin vəziyyəti, uşaqların davranışı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılmalıdır.
Psixoloqlar, eyni zamanda sinif rəhbərləri çətin tərbiyə olunan uşaqlarla bağlı xüsusi konsepsiya əsasında işləməlidirlər.
Hazırda baş verənlər xoş deyil və mənfi tendensiya hər gün sürətlə irəliyə doğru gedir.
Mən düşünürəm ki, artıq həyəcan təbili çalmaq vaxtıdır. Problem ciddidir və artıq biz gecikirik".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
"WhatsApp"a iki yeni funksiya gəlir
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ