"Ramiz Mehdiyev vəzifəsini əqli baxımdan icra edə bilmir" - Daha bir alim OD PÜSKÜRDÜ
Son günlər AMEA-nın prezidenti Ramiz Mehdiyevi istefaya səsləyən alimlərə qarşı onu müdafiə məqsədi ilə yersiz və sönük etirazlara rast gəlinir. Belə etirazçıların fikrinə görə guya bizlər Azərbaycan elminə, Elmlər Akademiyasına qarşı çıxış edirik. Düşünmək qabiliyyəti laxlamış belələrinə bildirirəm ki, Azərbaycan elmi ilə R.Mehdiyevi qarışdırmayın. Əksinə, bizlər Azərbaycan elmini R.Mehdiyevin feodal üsul-idarəsindən xilas etmək naminə onu istefaya səsləyirik.
Hər bir insan hansısa vəzifəyə can atanda həmin işin öhdəsindən gələcəyinə tam əmin olmalı, bu sahədə müəyyən təcrübəyə və savada malik olmalıdır. Elm sahəsi, AMEA təşkilatçılıq, idarəçilik baxımından olduqca mürəkkəb bir sahədir. Burada bütün elm sahələrinə aid qurumlar cəmlənmişdir. Buna görə də AMEA-da rəhbər olan şəxs hər bir elm sahəsində aparılan tədqiqatların ən aktual məsələlərindən az-çox xəbərdar olmalıdır. Uzun illər inzibati işlərdə işləmiş Ramiz Mehdiyev AMEA-ya prezident təsdiq ediləndən bir qədər sonra məlum oldu ki, onun burada elmi inkişaf etdirmək üçün istəyi, qabiliyyət və savadı çox aşağı səviyyədədir.
Bu gün Azərbaycan xalqının, dövlətinin qarşısında duran ən böyük vəzifə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası, burada həyatın bərpa edilməsidir. Amma R.Mehdiyev yarıtmaz əməlləri ilə Azərbaycanın böyük alimlər ordusunu bu proseslərdən demək olar ki, kənarda saxlamışdır.
Hələ 11.12.2020 tarixində Rəyasət Heyətinin işğaldan azad edilmiş ərazilərdə elmi tədqiqatların aparılması perspektivlərinə həsr olunmuş iclasında R.Mehdiyev öz çıxışında Qarabağın "zəngin neft və qaz yataqlarının" işlənməsi planlarından danışırdı. AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin çıxışından həmin hissəni olduğu kimi təqdim edirik: "işğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması da başlıca hədəflərdəndir".
Onun bu çıxışı mətbuatda gülüş obyektinə çevrildiyinə görə dərhal AMEA-nın saytından çıxarıldı. Qarabağda neft və qaz yataqlarının olmaması hər bir məktəbliyə məlumdur, amma özünü akademik adlandıran R.Mehdiyevə məlum deyil. Bu fakt bir daha göstərir ki, R.Mehdiyev Azərbaycan reallığından çox uzaqdır və yaşadığı ölkənin təbii ehtiyatları barədə ən elementar biliklərə malik deyil. Bu yerdə istər-istəməz "Qorxma, mən səninləyəm" filmində Fərzəli bəyin özünün torpaq sahəsində uğursuz neft axtarışları hadisəsi yada düşür.
Növbəti gün AMEA ictimaiyyətlə əlaqələr şöbəsi məsuliyyəti R.Mehdiyevin üzərindən qaldırmaq üçün belə bir məlumat yaydı ki, "Akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun və Geologiya və Geofizika İnstitutunun təqdim etdiyi məlumat əsasında Qarabağ ərazisində 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz ehtiyatının olması haqqında məlumat səsləndirilmişdir... AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə bu cür məsuliyyətsizliyə yol vermiş əməkdaşlar haqqında müvafiq tədbir görülməsi üçün tapşırıq verilmişdir".
Göründüyü kimi, onun kadrları belə hesab edirlər ki, bu yanlış fikirləri səsləndirən R.Mehdiyevdən başqa hamı günahkardır. Belə çıxır ki, hətta kimsə Azərbaycanın əleyhinə bir parça kağızda yazını R.Mehdiyevə təqdim etsəydi, o da bunu tribunadan oxumaqla AMEA prezidenti vəzifəsini yerinə yetirmiş hesab edilməli idi?
Belə faktlar göstərir ki, günlərlə iş yerinə gələ bilməyən R.Mehdiyev bu gün AMEA prezidenti vəzifəsini həm fiziki, həm də əqli baxımdan icra edə bilmir. Buna görə də onun bu vəzifədən istefa verməsi günün tələbidir. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
"WhatsApp"a iki yeni funksiya gəlir
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ