Distant təhsilə keçid etməyə ehtiyac varmı? - AÇIQLAMA
Ölkəmizdə yoluxma sayı kəskin artmaqda davam edir. Artıq uşaqlar arasında da xəstəlik yayılıb. Bəzi məktəblər yoluxma səbəbindən distant təhsilə keçid edir. Bəs uşaqlar arasında yayılan xəstəliyi nəzərə alsaq, Azərbaycanda distant təhsilə keçid etməyə ehtiyac varmı?
Məsələ ilə bağlı Sonxeber.az-a Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
O, sağlamlığımızı və ənənəvi təhsilimizi qorumalı olduğumuzu vurğulayıb:
"Hazırkı dönəmdə məktəblərin qapadılması fikri ilə razı deyiləm. Düzdür, yoluxma sayı çoxdur və bunun müxtəlif səbəbləri var. Amma distant təhsilə keçid sadə məsələ deyil, kifayət qədər mürəkkəbdir.
Belə addım atsaq, məktəblərlə yanaşı universitetləri də qapatmalıyıq. Düşünürəm, indiki mərhələdə hələ gözləmək lazımdır. Gələcəkdə ehtiyac olsa, məsələyə baxıla bilər.
Məsələ buraındadır ki, biz distant təhsilə keçən kimi təhsilin keyfiyyəti də avtomatik olaraq düşəcək. Bu proses kifayət qədər ciddidir.
Bəzilərinin şəraiti distant təhsilə imkan vermir: evdə internetləri və ya texniki avadanlıqları (telefon və kompüterləri) yoxdur. Ona görə də təhsilin keyfiyyətini qorumaq istəyiriksə, ənənəvi təhsili saxlamağa, diatant təhsilə keçməməyə çalışmalıyıq.
Buradakı problemlərin kökündə, təəssüf ki, insanlardakı arxayınçılıq durur. Buster dozanı hər kəs vurdurmayıb və hələ də tərəddüd edənlər var. Lakin hamı gigiyenik qaydalara əməl etməlidir, 3-cü doza vaksini vurdurmalıdır. Biz özümüzü qorumaqla təhsili də qorumuş oluruq.
Hesab edirəm ki, hələ distanta keçməməliyik. Ötən dövrdəki distant təhsilinin bizə yaratdığı çətinliklərdən hələ tam xilas olmamışıq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2769 Tarix: 07 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Salyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr