Bakıda yeni narkotik ticarəti: Salfet satan uşaqlardan istifadə edirlər - FOTO
Son günlər sosial şəbəkələrdə küçələrdə salfet ticarəti ilə məşğul olan uşaqların narkotik satdığına dair paylaşımlar edilir.
İddia edilir ki, küçədə əldən-ələ satılan salfetlərin içərisində kiçik paketlərdə narkotik vasitələr qoyulur. Paylaşım edən şəxslər insanlıq naminə uşaqlardan salfet aldıqları üçün narkotik maddə alıcısı (və ya istifadəçisi) kimi şübhəli şəxs qismində polis tərəfindən yolxanılırlar.
Sonxeber.az "oxu.az"a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı çoxsaylı paylaşımlardan birində belə qeyd edilib:
"Heç kim deməsin ki, mərhəmətli olmaq, yaxşılıq etmək, səbirli olmaq lazımdır. Bunu unudun. Artıq bəsdir. Cəmiyyətdə yeni pul qazanmaq metodu yaranıb.
Bunu yazarkən əsəbdən əlim əsir. Hamı öz yaxınlarına, dostlarına bu barədə məlumat versin. Heç kim küçədə qaraçılardan, uşaqlardan salfet almasın.
Mən aldım, heç maşına qoymağa fürsət tapmamışdım ki, Çevik Polis Alayının əməkdaşları üstümə gəldi. Səbəb isə guya mən narkotik vasitə alış-verişi (və ya istifadəsi) ilə məşğulam.
Bunu eşidəndə inana bilmədim. Yanımda salfeti açdılar və içərisindən sintetik narkotik çıxdı. Yəni bir salfetə görə 1500 AZN cərimə yazdılar. Sadəcə təşəkkürlər.
Onu da qeyd edim ki, hadisə Tbilisi prospektindən 3-cü mikrorayon dairəsinə dönən yoldakı işıqforun yanında baş verib".
Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
"Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1339 Tarix: 09 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabr