"Bu, ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir"

"Bu, ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir"Istiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

"Bu gün ölkəmizin yeganə ali dini təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 9 fevral 2018-ci ildə müdrik və uzaqgörən addım ataraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə mühüm sərəncam imzaladı.

Sonxeber.az bildirir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması tarixi zərurət olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir:

""Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklər fonunda məsələyə baxdıqda həmin qərarın müasir dövrümüz üçün nə qədər aktual və önəmli olduğunu bir daha görürük.

İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkəmizin ali təhsilində özünəməxsus yer tutdu. Bu gün Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan gənclərinə təhsilin bütün səviyyələri üzrə təhsil almaq üçün geniş imkanlar yaradır. Bu baxımdan gənclərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etməyə çalışmalıdırlar.

İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini dövlətimizin diqqət və qayğısı ilə uğurla davam etdirir.

Bu il Azərbaycan İlahiyyat İnstitutu ilk məzunlarını Azərbaycan cəmiyyətinə təqdim edəcək. Onlar Azərbaycanın dini ibadət yerlərində axund və imam kimi fəaliyyətə başlayacaqlar.

Tarix boyu Azərbaycan xalqı İslam mədəniyyətinə mühüm töhfələr vermiş, bu bölgədən böyük din alimləri yetişmişdir. Bu gün qarşımızda bu ənənənin uğurla davam etdirilməsi kimi mühüm vəzifə durur. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları bu missiyanı uğurla davam etdirəcəklər.
Müasir dövrdə ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərimizn qorunmasına böyük diqqət və qayğı var. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı göstərilir, həm ölkəmizdə, həm də xaricdə dini ibadət yerləri təmir və bərpa olunur.

Bu siyasət nəticəsində hazırda Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmiz dinlər və mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi unikal məkana çevrilib.

Onu da nəzərə almaq lazımdır ki, din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Bu da reallıqdır ki, bu gün əksər müsəlman ölkələrində sabitliyi pozmaq üçün xarici qüvvələr din amilindən məharətlə istifadə edirlər. Bu baxımdan, hər bir müsəlman ölkəsinin dini təhlükəsizliyini təmin etməsi, öz dini təhsil sistemini qurması xüsusi önəm daşıyır. Milli və dini təhlükəsizliyini təmin edən ölkələr uğurla gələcəyə və inkişafa doğru addımlayırlar. Azərbaycan da bu sırada olan ölkələrdən biridir".

Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.

"Bu, ölkəmizdə dini fəaliyyət sahəsində qəbul edilən ən mühüm qərarlardan biridir"ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1407   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr