Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdü

Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüCİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci il mayın 30-u saat 03:05-də 40-cı Polis Bölməsinin növbətçi hissəsindən Binəqədi rayon Prokurorluğuna 2020-ci il təvəllüdlü Ruzi Əliyevin yaşadığı evdə ölməsi baradə məlumat daxil olur. İlkin məlumata görə, körpənin anası Şəfiqə Qədimova işdən evə qayıdanda, qapını ona içkili vəziyyətdə olan əri Vüsal açır. Ana içəri daxil olub, uşaq arabasında, sifətində mavi rəngli papaq olan övladını, papağı kənara çəkəndə isə üzündə qançırların olduğunu görür. O, tez evə həkim çağırır. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri uşağın öldüyünü deyirlər... Dərhal hadisə ilə bağlı polisə məlumat verilir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüŞəfiqə Qədimova qətl olan evdə

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ruzi Əliyevin ölümünə - ağız-burun dəliklərinin əllə qapanmsı nəticəsində yaranmış asfiksiya səbəb olub. Körpənin atası, 1992-ci il təvəllüdlü Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilir.

Lent.az sözügedən dəhşətli cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüQətli törədən Vüsalın istintaq fotosu

İstintaqla müəyyən edilib ki, Vüsal Əliyev son 7 il ərzində qeyri-rəsmi, ər-arvad kimi yaşadığı Şəfiqə Qədimovanın 2020-ci ilin noyabr ayında dünyaya gətirdiyi övladı – Ruzi Əliyevin atasının başqası olduğunu düşünüb. Oğlanın öz övladı olmadığını bildirərək qadınla dəfələrlə mübahisə edib. Axırıncı dəfə, 2021-ci il mayın 29-da axşam, kirayə yaşadıqları evdə spirtli içkinin təsiri altında olarkən aralarında növbəti münaqişə baş verib. Uşağın ağlamasından, özünün isə ona qayğı göstəməyə məcbur olmasından əsəbləşib, arvadına pul müqabilində kişilərə cinsi xidmət göstərməsi üçün evdən getməsini tələb edib. Mayın 30-u gecə saat 0:50-də uşaq arabasında olan oğlanın ağız-burun dəliklərini sağ əli ilə sıxıb saxlayaraq Ruzi Əliyevi öldürüb.
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüQətl olan ev

Qətli törədən Vüsal Əliyev istintaqa nələr deyib?

"Düşündüm ki, uşaq məndən deyil çünki…"

İş üzrə dindirilmiş Vüsal Əliyev bildirib ki, hərbi xidmətdən sonra yaşadığı Göygöl şəhərindən Bakıya köçərək avtovağzalda şirniyyat satışı ilə məşğul olub. Elə orada Şəfiqə Qədimova ilə tanış olub, Motodrom yaşayış massivində ayrı-ayrı ünvanlarda kirayədə qalıblar:
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüKörpənin öldürüldüyü otaq

"Oğlum Ruzi anadan olmazdan əvvəl növbəti dəfə Şəfiqə ilə dalaşdığım üçün o, küsüb rayona, anasının yanına getmişdi. 4 aya yaxın orda qaldı. Tez-tez barışmaq üçün zəng edirdim. Buna görə, məni bağışlamışdı. Evə qayıdanda Şəfiqə məndən hamilə olduğunu bildirdi. Buna inanmadım, çünki uzun müddət arvadımı görmürdüm. 2020-ci il noyabrın 11-də oğlum dünyaya gəldi. Uşaq xəstə olsa da, onu müalicə etməyə imkanımız yox idi. Günəmuzd fəhlə işləyirdim. Şəfiqə özü də vaxt olanda limon satmaqla məşğul idi. Bəzən isə gecələr "20 yanvar" metrosunun yaxınlığında cinsi xidmət müqabilində pul qazanırdı. Şəfiqə işlədiyi günlər evə 90 manat pul gətirirdi. Hadisə günü Şəfiqənin güzgünün qarşısında bəzəndiyini görüb, ondan hara getməsi ilə maraqlandım. O da dayısıgilə gedəcəyini dedi. İnanmadığım üçün aramızda mübahisə yarandı. Bu zaman Şəfiqə etiraf etdi ki, kirayə pulunun vaxtı çatdığına görə müştəri yanına gedir. Mən də razılaşıb, ona getməyə icazə verdim. Uşaqla evdə tək qalmışdım. Mağazaya gedib, özümə pivə aldım. Qayıdıb, bir az yatdım. Çarpayımın yanında, uşaq arabasında yatan Ruzinin ağlamaq səsinə oyandım. Uşağa düyü hazırlayıb yedizdirdim. Təxminən saat 1 radələrində uşaq yenidən ağlamağa başlayanda, sağ əlimlə 10-15 saniyə Ruzinin boğazını sıxıb, saxladım. Fasilə verib 10 dəqiqədən sonra, sağ əlimin içərisi ilə uşağın ağzını sıxdım. Öldüyünə əmin olandan sonra Ruzinin üzünü papaqla örtüb yatdım. Gecə saat 2-yə yaxın səsə yuxudan oyanıb, qapını açdım. Şəfiqə içəri daxil olub Ruzinin üzündə papağı gördü. Daha sonra "uşağa neynədiyimi?" soruşdu".
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüVüsal Əliyev

Qadın Vüsalın Ruzini öldürdüyünü bilən kimi qışqırmağa başlayıb. Təcili Tibbi Yardım Stansiyasının həkimləri gəlib, uşağın artıq öldüyünü deyiblər.

Uşağın anası hadisə ilə bağlı nələr danışıb?

Zərərçəkmiş şəxs qismində dindirilən körpənin anası Şəfiqə Qədimova istintaqa deyib ki, uşağın atası Vüsaldır. Şəfiqənin sözlərinə görə, o, uşağı Vüsalla qeyri-rəsmi nikahdan doğub. O, həmçinin qeyd edib ki, əri pul qazanmaq üçün onu pis yollara vadar edib, onu müştərilərlə görüşməyə göndərib. Elə hadisə günü də belə olub:
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüŞəfiqə Qədimova

"Səhərə yaxın evə qayıdıb gördüm ki, oğlum uşaq arabasında güclə nəfəs alır, ağız nahiyəsi ətrafında isə qançırlar var. Halbuki, uşağı həmin gün çimizdirmişdim. Ruzini Vüsalın yanında salamat qoyub, getmişdim. Nə baş verdiyini soruşanda, Vüsal övladımın yeməkdən boğulduğunu dedi. Ona dedim ki, dərhal təcili yardım çağırsın. Ruziyə süni nəfəs verib, döş qəfəsindən basdım ki, nəfəsi düzəlsin, lakin uşağın nəbzi zəiflədi. Bildim ki, oğlumu Vüsal öldürüb. Onunla dalaşdım. Bu zaman Vüsal yumruqla başıma və bədənimə vurdu.

Ağlayaraq məni vurmamasını istədim. Ondan övladımı nə üçün öldürdüyünü soruşdum".
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüÖldürülən uşağın papağı

Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Şahid qismində dindirilmiş Təvəkgül İsmayılov bildirib ki, ər-arvad kimi tanıdığı Vüsal Əliyev və Şəfiqə Qədimova ona məxsus ümumi həyət evində, bir otaqda kirayədə yaşayıblar. Bu müddətdə aralarında dava-dalaş olmasını görməyib və eşitməyib. Nə işlə məşğul olduqlarını bilməyib. Mayın 30-u saat 9 radələrində polis əməkdaşı zəng vuraraq deyib ki, Vüsal Əliyev körpə oğlunu gecə boğaraq öldürüb.
Bakıda ŞOK CİNAYƏT: Arvadını kişilərlə görüşə göndərib körpəsini öldürdüKörpə Ruzinin öldürüldüyü ev

İstintaq zamanı, "atalıq faktının müəyyən edilməsi üçün məhkəmə-genetik ekspertizası" keçirilib və təsdiq olunub ki, azyaşlının atası məhz Vüsal Əliyevdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2778   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr