"Ailəli olduğunu bildikdə, kənar gözlə baxmazdılar" - Mehriban Zeynalova

"Ailəli olduğunu bildikdə, kənar gözlə baxmazdılar" - Mehriban ZeynalovaAilə təməlinin zəifləməsi, münasibətlərdə hörmətin, inamın şübhə ilə əvəz olunması sonda faciə ilə nəticələnir. Ailə dəyərlərinin azaldığı bir vaxtda, kişinin öz həyat yoldaşını öldürməsi barədə xəbərlərin artdığı dönəmdə artıq qadınların da öz ərlərini öldürməsi faktları çoxalmaqdadır. Buna "Həmişə kişi etməyəcək ki, qadın da yaxşı edir" deyə müsbət yanaşanlar var. Halbuki söhbət insandan, canlı, ali varlıqdan gedir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sonxeber.az-a açıqlamasında bildirib ki, ailədaxili münaqişələrin faciə ilə nəticələnməsi zorakılığın yayılması deməkdir:

"Tələsik və məcburi evliliklər var ki, onlar nəsil artırmaq üçün, müxtəlif maraqlar çərçivəsində baş verir. Ailədə gərginliyin artmasına səbəb dedi-qodu, ailəyə kənardan müdaxilələr, cütlüyün müstəqil qərar qəbul edə bilməməsi olur.

Digər məsələ isə davranış dəyişikliyidir. Ailə qurduqdan sonra qadının da, kişinin də davranışında dəyişikliklər olur.

Telefonlar, sosial şəbəkələr, ən başlıcası isə şübhələr faciələrə yol açır. Ailə üzvlərindən hansınınsa gizlin şəkildə sosial şəbəkə istifadəçisinə çevrilməsi də müəyyən dərəcədə ailədaxili gərginliyin artmasına səbəb olur. Ailənin təməlinə şübhə düşürsə, onun bütöv, uzunömrlü olması çətin olur.

Hesab edirəm ki, cinayətin ən böyük səbəblərindən biri elə şübhələrdir. Çox vaxt heç bir əsas olmadan, hansısa bir söz, geyim qarşı tərəfi özündən çıxarır, şübhələnir ki, davranışındakı dəyişikliklər başqasına görədir. Araşdırmadan, ünsiyyət qurmadan zorakılığa əl atılır.

Sosial şəbəkələrdə qadınları yoldan çıxaran sui-istfadəçilər var ki, onlar nə məsulliyyət hiss edir, nə vicdan əzabı çəkir, kiminsə həyatını məhv etmək barədə narahat olmurlar. Bu cür insanları qınayan, onlar haqqında danışan olmur.

Bizim dəyərlər sistemimiz var. Əvvəllər kiminsə ailəli olduğunu bildikdə, ona kənar gözlə baxılmazdı. Bu, kişinin özünün şərəf məsələsidir. İndi isə kişi görür ki, qadın ailəlidir, başlayır ona hansısa təkliflər etməyə, şirnikləndirici sözlər deməyə. Sonda, təbii ki, bu münasibət yarıda qalır. Nəticədə, ailələr dağılır, qadın cinayət qurbanına çevrilir, kişi tərəf isə qatil olur və s.

Bəzən qadına qarşı zorakılıq olur, qadına münasibətdə onun düşüncəsi, hissləri nəzərə alınmır və qadın da əvvəlki kimi "itaət göstərmədikdə", bu, qarşı tərəfi qəzəbləndirir və qətl baş verir.

Qadınların ərini öldürməsinə səbəb isə daha çox uzunmüddətli zorakılığın nəticəsində adekvat cavab verməsi olur. Hər iki halda, insan öldürülməsi cinayətdir, düzgün bir hərəkət deyil.

Yaxşı olar ki, içində şübhə olan insanlar mütəxəssisə, psixoloqa müraciət etsinlər.

Əvvəllər elçilik olanda, kifayət qədər bir-birilərindən məlumat toplayardılar. Bu zaman qızın da, oğlanın da dəyərli olduğu göstərilər, araşdırma aparmaqla əminlik yaradardılar. İndi isə gənclər araşdırmanı rədd edir, "mən onu yaxşı tanıyıram" deyirlər.

Əksər hallarda biz - həm qadınlar, həm kişilər - evlənənə qədər özümüzü ideal göstərməyə çalışırıq. Sonradan bu davranış dəyişdikdə münaqişələrin əsas səbəblərindən birinə çevrilir.

Ona görə də evlilik vaxtı tərəflər öz qüsurlarını, üstün və mənfi cəhətlərini bir-birilərinə açıq şəkildə deməlidirlər.

Yaxşı olar ki, evlənməmişdən əvvəl psixoloqa müraciət edib, ən azından bir-birilərinin zorakılığa meyilli olub-olmamasını aydınlaşdırsınlar".

"Ailəli olduğunu bildikdə, kənar gözlə baxmazdılar" - Mehriban ZeynalovaAygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2928   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr