AMEA-da daha bir möcüzə: Bir nəfər altı vəzifə tutur – SİYAHI
AMEA-da baş verən hadisələr, qurumun prezidenti Ramiz Mehdiyevin istefası tələb olunduğu bir vaxtda Akademiya haqda daha bir maraqlı fakt ortaya çıxıb.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, əvvəllər Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Rəsmi yazışmalara nəzarət şöbəsində işləmiş Məlikov Ələddin Mehman oğlu hazırda AMEA-da 6 vəzifə tutur:
1. AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi
2. Rəyasət Heyətində təhsil şöbəsinin müdiri
3. Şərqşünaslıq İnstitutunda böyük elmi işçi
4. Elm Tarixi institutunda baş elmi işçi
5. Fəlsəfə və Sosiologiya İnstitutunda aparıcı elmi işçi
6. Akademiyanın tabeliyində olan Virtual Elektron Fəaliyyət Cəmiyyətinin rəhbəri
Ə. Məlikov barədə digər xəbərdə bildirilir ki, o İran meyilli dindar şəxs kimi tanınır. Belə ki, İİR-nin Ümumdünya İslam Elmləri Akademiyasının Dinşünaslıq fakültəsində bakalavr, Mofid Universitetində magistr və doktorantura pillələri üzrə (ümumilikdə 2001-2013-cü illərdə ixtisası din fəlsəfəsidir) dini təhsil alıb. Eyni zamanda Ə.Məlikov Tərbiyət Müdərris Universitetində fəlsəfə ixtisası üzrə elmi işini müdafiə edib. O, 2009-2013-cü illərdə AR-in İİR-dəki səfirliyində tərcüməçi vəzifəsində çalışıb.
Xəbərdə qeyd olunur ki, Ə.Məlikovun İİR ilə geniş əlaqələri mövcuddur və kitablarının əksəriyyəti orada çap olunur.
Bundan əlavə, Ə.Məlikov İİR Prezidenti adından müxtəlif mükafatlara layiq görülüb. Onun AMEA sisteminə düşməsi çox təəcüblüdür və inanırıq ki, aidiyyəti dövlət orqanları bu məsələ ilə məşğul olacaq.
Qeyd: Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev "Yeni Sabah"la əlaqə saxlayaraq Ə. Məlikovun bir müddət əvvəl – Ramiz Mehdiyevin köməkçisi təyin olunandan sonra İnstitutdakı vəzifəsindən azad olunduğunu deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1888 Tarix: 09 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Salyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr