Paşinyan: "İrəvan Bakı ilə avtomobil və dəmir yolu əlaqəsini açmağa hazırdır"
Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır.
Bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
"Yollara (avtomobil yollarına – red.) gəlincə, Brüssel və Soçi görüşlərindən sonra biz təkliflər hazırlayıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab aldıqdan sonra biz avtomobil yolları marşrutlarının inşası və bərpası prosesini həyata keçirməyə hazırıq", - deyə Paşinyan bəyan edib.
Dəmir yolu əlaqəsinin bərpası perspektivlərindən danışan hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, bu yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.
"Əslində, bu, beynəlxalq yükdaşıma yoluna çevriləcək və ona görə də biz onu mümkün qədər tez de-yure rəsmiləşdirməli, sənədi imzalamalı, ratifikasiya tələb olunarsa, ratifikasiya etməliyik", - deyə hökumət başçısı vurğulayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1661 Tarix: 09 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabr