Hansı pullar yenilənir? - Mərkəzi Bankdan AÇIQLAMA + FOTO

Hansı pullar yenilənir? - Mərkəzi Bankdan AÇIQLAMA + FOTOÜzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə olan, eləcə də rəngini, parlaqlığını və şaxlığını itirmiş pul nişanları yararsız hesab edilir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Hazırda dövriyyədə olan pul nişanlarının bir qisminin üzərində yazı və s. elementlər əks olunur. Bu, pul nişanlarının bilərəkdən zədələnməsi və bəzi hallarda hətta yararsız hala salınmasına bərabərdir.

Mərkəzi Bankdan bildirilib ki, müvafiq hallarda yararsız və zədələnmiş pulların AMB və banklar tərəfindən yenilənməsi mümkündür. Qanunvericilikdə isə pul nişanlarının zədələnməsi və ya yararsız hala salınması ilə bağlı cinayət məsuliyyəti mövcud deyil:

"Tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır. Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir. O cümlədən, kommersiya banklarına xüsusi tələblər müəyyən edilir, banklar, ticarət müəssisələri və əhali üçün davamlı olaraq maarifləndirici xarakterli tədbirlər həyata keçirilir.

Pul nişanlarının tədavülə yararlı olub olmaması "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası qaydaları"na əsasən müəyyən edilir. Qaydalara müvafiq olaraq, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə olan, eləcə də rəngini, parlaqlığını və şaxlığını itirmiş pul nişanları yararsız hesab edilir".

Əlavə edilib ki, yararsız pulların dəyişdirilməsi ilə əlaqədar mövcud qanunvericiliyə əsasən milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər:

"Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizdən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100 faiz saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir.

Kommersiya banklarına və ya Mərkəzi Banka təqdim edilən pulların fiziki vəziyyəti və parametrləri qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğundursa bu pullar dərhal dəyişdirilərək dəyəri vətəndaşlara ödənilir. Təqdim edilmiş pulların həqiqiliyində hər hansı şübhə yaranarsa, bu zaman həmin pullar ekspertizanın aparılması məqsədilə vətəndaşdan qəbul edilir və qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılaraq nəticəsi barədə vətəndaşa məlumat verilir".

AMB-dən verilən məlumatda qeyd edilib ki, hər bir ölkənin vətəndaşı, eləcə də xarici vətəndaşlar həmin ölkənin milli pul nişanlarına hörmətlə yanaşmalı, onların istifadəsi zamanı ehtiyatlı davranış sərgiləməli və zədələnməməsinə çalışmalıdır.

Hazırda qanunvericilikdə pul nişanlarının zədələnməsi və ya yararsız hala salınması ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulmasa da müstəqil dövlətimizin pul nişanı ilə etik davranış hər bir vətəndaşın məsuliyyətidir.
Hansı pullar yenilənir? - Mərkəzi Bankdan AÇIQLAMA + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1597   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr