Erməniləri dəhşətə salan qorxu: Azərbaycanlılar gəlib, ölkədən qaçmaq lazımdır… - VİDEO

Erməniləri dəhşətə salan qorxu: Azərbaycanlılar gəlib, ölkədən qaçmaq lazımdır… - VİDEOErmənilərin tarixən türk, azərbaycanlı düşmənçiliyi, bu nifrət hissinin çatdığı ifrat həddi hər birimizə bəllidir. Lakin bu xalqda bizə qarşı daha bir hiss var ki, ermənilər onun mövcudluğunu nə qədər gizlətməyə çalışsalar da yenə də özünü büruzə verir.

Bu hissin adı qorxudur. Xüsusən 44 günlük müharibədə erməni faşizminə endirilmiş ağır zərbə, necə deyərlər düşmənin "başının əzilməsi" bir çox erməniləri qorxuya salıb. Hətta onlar qorxmaq üçün artıq "xəyali" azərbaycanlıları da tapıblar.

Belə ki, Ermənistanın Araqotsotn (Əştərək) əyalətinin sakinlərinin qorxudan nə gecəsi, nə də gündüzü qalmayıb. Onlar artıq kəndlərini "ələ keçirən" azərbaycanlıların qorxusundan rahatlıq tapa bilmirlər.

Əslində isə ermənilərin canına elə bir qorxu düşüb ki, onları narahat edən hər bir problemi azərbaycanlıların ayağına yazmağa çalışırlar. Təbii ki, burada qorxudan ağlını itirmək fikrini də istisna etmirik.

Adı çəkilən rayonun sakinləri hətta yerli mətbuata da danışıblar ki, azərbaycanlılar demək olar ki, əyalətin yarısını pulla alıblar. Əslində bunu sübut edəcək bir fakt belə yoxdur, ancaq böhtan atmaq da elə qorxaqların ilk sarılacağı işdir.

Məşhur yazıçı Daniel Defonun dediyi kimi, təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludur.

Görünür ermənilər də təhlükənin qorxusundan özlərinə yer tapa bilmirlər. Azərbaycanın qüdrətinin ermənilərə gətirdiyi təşviş onların xəyallarında da öz əksini tapır ki, bəs azərbaycanlılar artıq bizim torpaqlarımızı əlimizdən alır.

Real mənzərə isə yenə də ermənilərin necə riyakar olduğunu ortaya qoyur. Çünki öz ölkəsində mövcud səfalətdən, acınacaqlı yaşayış şəraitindən bezən ermənilər Ermənistandan qaçır. Bu zaman isə ev-eşiklərini qarşılarına ilk çıxan şəxsə satırlar. Əştərək ərazisində baş verən hadisədə də əslində əraziləri pulla alan şəxsin ərəb mənşəli olduğu məlum olub. Sadəcə ermənilər öz qaçışlarına don geyindirmək istəyirlər və bu zaman da "xəyali azərbaycanlıları" bəhanə etmək ən yaxşı, eyni zamanda ən hiyləgər seçimdir.

Ancaq bütün bunlar nəticəni qətiyyən dəyişmir. Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür (Bernard Şou) və ermənilərin atdıqları addımlar onların bu köləliyi ruhlarına qədər hiss etdiklərini göstərir. Əks halda onların təxəyyülü bu qədər uzağa gedib çıxa bilməzdi.

İkinci məqam isə ölkələrindən qaçmaq həvəsləridir. Rusiyaya ya başqa bir ölkəyə bir tikə çörək arxasınca qaçmağa sadəcə məcburdurlar. Çünki dövlətlərinin və xalqın rəhbər tutduğu faşist ideologiyalar illər ərzində onları bu səfalətə məcbur qoyub. Erməni xalqı yaşamaq üçün bu torpaqlardan qaçmağa başlayıb.

Səbəbi istər Azərbaycanın qüdrətinin qorxusu olsun, istərsə də aclıq və səfalət - ermənilər Ermənistandan qaçır. Bunu ermənilərin apardığı statistik araşdırmalar da sübut edir.

Son illər də ölkəni tərk edənlərin sayı sürətlə artır, hətta pandemiya səbəbilə sərhədlərin bağlı olduğu dövrdə belə bu rəqəmlər kifayət qədər ciddi saya çatıb.

44 günlük müharibənin ermənilərin psixologiyasına vurduğu zərbə də artıq bu işə cəlb olunub. Ermənilər qorxur və bu qorxu onların gülünc, rüsvayçı iddialarına zəmin yaradır. Erməni xislətini gizlədə bilməyənlər isə bu qorxudan ölkədən qaçmaq üçün tramplin kimi istifadə edir.

Ancaq ermənilərin qorxuları əsassızdır. Bizim heç kimin torpağında və malında gözümüz yoxdur. Təbii ki, o torpaqlar həqiqətən bizim deyilsə…

Artıq ermənilər də bilir ki, Azərbaycanın Ermənistana nəyisə güzəştə getməyi mümkünsüzdür. Masada və meydanda güclü, qüdrətli tərəf Azərbaycandır və istədiyi zaman ədalətin təntənəsinə nail ola bilər.

Elə erməniləri bürüyən bu qorxunun bir səbəbi də məhz Azərbaycanın ortaya qoyduğu bu mövqedir. Çünki ermənilər özləri də yaxşı bilir ki, gec-tez istənilən mövzuda ədalət zəfər çalır. Azərbaycan isə öz ədalətli mövqeyini hər zaman qoruyub saxlayıb.

Bu baxımdan Ermənistandan qaçanlar da, Azərbaycan xalqının kölgəsindən qorxanlar da, "xəyali azərbaycanlı"lardan narazılıq edən ermənilər də hələ çox peyda olacaq. Hələ riyakarlıq və faşizmi özündə birləşdirən ermənilərin yuxusu çox ərşə çəkiləcək. Azərbaycan düşmənçiliyi və erməni xislətindən tam təmizlənənə qədər…/Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2111   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr