"Silikon": Dəb, yoxsa dərd? - Kosmetoloqdan MƏSLƏHƏTLƏR

"Silikon": Dəb, yoxsa dərd? - Kosmetoloqdan MƏSLƏHƏTLƏR"Gözəllik ondur, doqquzu dondur" deyib atalarımız. İllər əvvəl bu deyim geyimə, saç düzümünə, makiyaja aid edilirdisə, indi üzdə və bədənin müxtəlif hissələrində edilən dəyişikliklər kimi qəbul olunur. Qadınlarımızın çoxu gözəlləşmək üçün əldən-ayaqdan gedirlər. Bəli, bu normaldır və lazımdır. Amma elə qadınlarımız var ki, özünə baxmaq, qulluq etmək istəyərkən, özlərini elə bir hala salırlar ki, adamın gülməyi gəlir. Onlar bu görünüşləri ilə məşhur aktrisalara bənzəməyə, onların görkəmini əldə etməyə çalışırlar, nəticə isə rüsvayçılıq olur. Küçəyə çıxmaq belə, çətinləşir, çünki gözəgirən "silikon" hamının diqqətini cəlb edir. Cəmiyyət tərəfindən bu cür xanımlara "bunun yiyəsi yoxdur", "özünü nə günə qoyub", "elə bilir, qəşəngdi" kimi ehyamlı mesajlar verilsə də, günü-gündən belə "gözəllərin" sayı çoxalır.

Həkim-kosmetoloq Elnarə Rzayeva Sonxeber.az-a açıqlamasında xanımlara məsləhətlər verməklə yanaşı, "silikon və botoks"dan düzgün istifadə qaydasından və onun fəsadlarından da danışıb.

O, hesab edir ki, insanın yaşı deyil, necə görsəndiyi əsasdır:

""Silikon" kimi nəzərdə tutduğumuz təbii gel gialuron turşusudur. Təbii gellərdən düzgün və qədərində istifadə etdikdə fəsad törətmir. Təbii geldən istifadə bir növ süngəri suda islatmağa bənzəyir. Həddindən çox istifadə olunduqda insanların üzləri şişmiş olur, xüsusən də səhər oyananda. Gellər sayəsində dəri öz elastikliyini itirir və ilbəil daha çox geldən istifadə etmək lazım olur ki, dəri sallanmasın.

Süni geldən ümumiyyətlə istifadə etmək olmaz. Süni gedən istifadə hər hansı virusdan daha təhlükəlidir. Çünki bu, insanın məhvinə səbəb olur.

50-60 faiz pasiyentə ümumiyyətlə gel vurdurmaq olmaz. Geldən istifadə etməzdən əvvəl müəyyən prosedurlar olmalıdır. Əgər nəticə etibarı ilə həmin insana gel vurmaq zərərli olarsa, həkim "acgözlük" etməyib, bu pasiyenti həmin prosedurdan imtina etdirməlidir.

Botoks alında, qaşlar arasında, ümumiyyətlə üzdə olan mimik qırışlara görə edilir. Əgər botoksdan sonra üzdə mimika itirsə, dartılmış, tərpənməyən sifət olursa, o zaman bu, səhv görülmüş işin göstəricisidir. Ümumiyyətlə, bu prosedurdan sonra insanın üzündə botoks olunduğu hiss olunmamalıdır. Yəni həmin şəxsin mimikası hiss olunmalıdır, qaşı tərpənməlidir, ağlayanda ağlamağı, güləndə gülməyi bilinməlidir.

Təəssüflər olsun ki, hazırda gənc qızları da bu cür prosedurlara asanlıqla cəlb edirlər. Buna razılaşan xanımların psixoloji vəziyyəti yerində deyil, özgüvən problemi olur. Botoksla onların üzündəki məsumiyyəti də yox olur.

Belə əməliyyatlara razılaşan insanlar cəmiyyət üçün də təhlükəlidirlər. Özünə bu qədər "işgəncə" edən insan başqasına nələr etməz?!

İstər dolğu, istər botoks qədərində olmalıdır. Elə etdirmək lazımdır ki, bu, hiss olunmasın. Həddindən artıq dolğu etdirən xanımlar heç də qarşı cinsin nümayəndələri tərəfindən müsbət qarşılanmır. Bu cür xanımları qəbul edən kişilərin çoxu ya elə ailədə o cür xanımların içində böyüyüb, ya da "alfonsdurlar".

Təəssüflər ki, hazırda bəzi "həkim-kosmetoloqlarımız" elə bir haldadırlar ki, pasiyenti düzgün yönləndirə bilmirlər. Odur ki, prosedurları etdirmək üçün düzgün şəxsə müraciət olunmalıdır.

Üzdəki hər hansı bir nahiyə, bədənin müxtəlif hissələri geyim deyil ki, hər il müxtəlif dəbə uyğunlaşsın. İnsan parça deyil ki, hər dəfə kəsib-doğrayıb yeni bir formaya salınsın. Təbiilik, insanın təbii vəziyyəti hər zaman dəbdədir".

"Silikon": Dəb, yoxsa dərd? - Kosmetoloqdan MƏSLƏHƏTLƏR"Silikon": Dəb, yoxsa dərd? - Kosmetoloqdan MƏSLƏHƏTLƏR"Silikon": Dəb, yoxsa dərd? - Kosmetoloqdan MƏSLƏHƏTLƏRAygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2320   Tarix: 10 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr