Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 7-ci sinif şagirdi intihar etmək üçün... - VİDEO
Bakıda məktəbli qız özünü təhsil aldığı məktəbin binasından atmaq istəyib. Sinif otağında pəncərədən özünü atmaq istəyərkən hadisəni görən müəllim onu xilas edib. Məktəbdən verilən məlumata görə, şagird bu addımı atmasına səbəb kimi ailəsində valideynləri arasında olan problemi göstərib. Məsələyə Bakı Şəhər Təhsil İdarəsindən də münasibət bildirilib.
Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib. 13 yaşlı məktəbli qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.
Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov bildirdi ki, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallar olub.
Qızın ailəsi ilə danışıqlar aparıldıqdan sonra hadisə barədə dərhal Bakı Şəhər Təhsil İdarəsinə və ərazi üzrə polis bölməsinə məlumat verilib. Məktəbin direktor müavini Elşən Muqumov onu da bildirdi ki, şagirdə qarşı şiddət olmayıb.
Bakı Şəhər Təhsil İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. "Bu kimi hallara qarşı reallaşdırılan profilaktiki işlər çərçivəsində məktəblilərin psixoloji dayanıqlılığının artırılması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməmələri əsas amil kimi diqqət mərkəzində saxlanır", - deyə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2192 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO
"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm
9 mayBakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır
"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri
10 mayBakı metrosunda qəribə qadağa gündəmdə - "Ayaqlarınız uzundursa…"
Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən "xırda xuliqanlıq" maddəsi ilə cərimə oluna və ya 15 günədə
9 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 mayQobustandakı güclü yanğından - Video - Yenilənib
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar
9 mayPrezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım
9 maySabah 28 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
9 may