"Niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır?"

"Niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır?"Təxminən 10 gün öncə "ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişində Əfsanə Cəfərova efirdə qayınanası Faxrəndə İbrahimovanı itələyərək ölümünə səbəb olduğunu etiraf etmişdi. Qətlin iki il öncə baş verməsinə baxmayaraq, üstünün indi açılması ölkə gündəmini alt-üst etdi. Bundan sonra aparılan araşdırmalarla məlum oldu ki, hadisəni o yox, sevgilisi olduğu iddia edilən, ərinin əmisi oğlu Seymur Cəfərov törədib.

Bu hadisənin müzakirə olunduğu vaxtda digər bir cinayətin üstü də efirdə açıldı. ATV-nin "Bizimləsən" proqramında öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası Taleh Allahyarov canlı efirdə açıqlama verərkən polis əməkdaşları tərəfindən saxlanıldı.

Belə ki, Məryəmin anası efirə zəng edərək bildirib ki, T.Allahyarov mərhum Məryəmin boğazına ip keçirərək foto və videolarını çəkib və ondan ayrılan arvadına göndərərək azyaşlını öldürəcəyini bildirib. Məryəmin anası həmin görüntüləri telekanala təqdim edib.

Müzakirələr zamanı vətəndaşlar bu sualları verirdilər ki, bəs, övladı öldürülən ana niyə Polis Şöbəsinə dəvət olunmamışdı? Həmin görüntüləri nə üçün istintaq ortaya çıxarmayıb? Niyə bu məsələnin də üstü efirdə açıldı?

Hər iki hadisənin həqiqətən necə baş verməsinin məhz efirdə üzə çıxması sosial şəbəkələrdə daha çox tənqidlə qarşılandı. Sadə faktların dövlət qurumları tərəfindən deyil, jurnalistlər tərəfindən asanlıqla tapılması narazılıqlara səbəb oldu.

Bu müzakirələr və suallarla bağlı sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev də fikirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, M.Hacıyev "qafqazinfo"ya açıqlamasında bildirib ki, iki il öncə olan hadisənin bu gün üzə çıxması onu göstərir ki, ibtidai istintaq prosesi tam və hərtərəfli, obyektiv aparmayıb:

"Müasir imkanlarla nəinki iki il, hətta 100 il əvvəlki cinayətləri də araşdırıb tapmaq mümkündür. Baş verən hadisələrin istintaqda yox, efirdə açılmasının səbəbi odur ki, aparılan işlərə səhlənkar, qeyri-peşəkar yanaşılıb. İşin üstünü ya bilərəkdən, ya da bilməyərəkdən ört-basdır ediblər. İstintaq aparanların hamısı peşəkar deyil axı. Hazırda hüquq-mühafizə orqanlarında qeyri-peşəkarlar həddindən artıq çoxdur. Bu nəticə müstəntiqin səriştəsizliyi, əməliyyatçının laqeydliyi, istintaqa rəhbərlik edən və sonda ittiham aktını, ya da cinayət işinin başlanılmasını rədd edən qərarı təsdiqləyən prokurorun səhlənkarlığıdır.
"Niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır?"Ağır cinayətlərin Zaurun və Xoşqədəmin verilişində açılmasını şəxsən mən 71 yaşlı polkovnik, keçmiş əməliyyat-istintaqçı kimi özümə təhqir hesab edirəm. Müstəntiqlər işi aça bilmirlər, açmırlar. Harada maddi maraq olan işlər var, onun arxasınca qaçırlar. Necə olur ki, bu şəxslər istintaqa cinayəti etiraf etmirlər, amma efirdə etiraf edirlər? Yaxud niyə qətlin üstünü müstəntiq yox, Zaur, ya da Xoşqədəm açır? Onda elə Xoşqədəmi aparıb Baş İstintaq idarəsinə rəis qoymaq lazımdır. Verilişlərdə hər hansı bir qətl hadisəsi açılırsa, cinayət tərkibli məsələlərlə məşğul olan hüquq-mühafizə orqanları hörmətdən düşürlər. Eyn vaxtda daha öncə üstü açılan və ittiham verilən digər işlərdə çıxarılan qərarlar da şübhə altına düşür.

Baxırsan istintaqçıdır, amma işi araşdıra bilmir. İllərlə dərsə getməyib, amma məktəbi qırmızı diplomla bitirirlər. Hansısa məclisdə qarşılaşırsan, baxırsan ki, iki uzunqulağın arpasını bölə bilmir. Onlar peşəkardırsa, nəyə görə bağlanmış, xitam verilmiş cinayətin üstü Xoşqədəmin verlişində açılır? Həmin cinayətləri araşdıran müstəntiqləri məhşər ayağına çəkmək lazımdır, amma heç nə edilməyəcək. Çünki cəzalandırmaq istəyəndə görəcəklər ki, həmin istintaqı aparan müstəntiqin kirvəsi deputatdır, ya da dayısı filankəsdir, o da filan yerdə işləyir.

Başqa istintaqçılar da baxıb düşünəcəklər ki, "ona heç nə edilmədisə, mən də belə edərəm". Çünki gedib o vəzifəni tutanlar, orqanlarda işləyənlər öz səriştələrinə görə yox, kiminsə "kürəkəni" olduğu üçün ordadılar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4082   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr