Pandemiya və distant təhsil - Problemin həlli nədədir?
"Son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Buna paralel olaraq, orta və ali məktəblərdə ənənəvi təhsilin dayandırılması ilə bağlı çağırışların artdığının şahidi oluruq. Vəziyyət həqiqətən mürəkkəbdir. Ancaq hesab edirəm, hazırkı dövrdə ənənəvi təhsildən məsafədən təhsilə keçid təhsilimiz üçün müəyyən çətinliklər yaradacaq".
Sonxeber.az bildirir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O vurğulayıb ki, çoxlarının düşündüyündən fərqli olaraq, ənənəvi təhsildən distant təhsilə keçid asan məsələ deyil:
"Dərslərin sentyabrın ortasından deyil, sonundan başlaması proqramın tam mənimsənilməsi üçün bir sıra çətinliklər yaratdı. Birinci semestrdə dərsi olan müəllimlər bu problemi açıq yaşadılar.
Nəzərə alsaq ki, bu gün internet və avadanlıqlarla bağlı problemlər bir sıra bölgələrdə hələ də qalmaqdadır, məsələnin nə qədər ciddi olduğunu anlamış olarıq.
Digər bir mühüm məsələ distant təhsilin ənənəvi təhsili əvəz edə bilməməsidir. Ötənilki məsafədən təhsil dərslərin keyfiyyətinə çox ciddi təsir etdi. Həm orta, həm də ali təhsil müəssisələrimiz həmin dövrün acı nəticələrini bu gün yaşamaqdadır. Ona görə hesab edirəm, tələsik qərarlar qəbul etməyə ehtiyac yoxdur.
Virusdan kütləvi yoluxmalara gəlincə, təhlillər göstərir ki, gigiyenik qaydalara, maskadan istifadəyə tam əməl ediməməsi bir sıra hallarda virusun daha sürətlə yayılmasına təsir edən amillərdəndir. Ona görə hər kəs çalışmalıdır ki, müəyyənləşdirilmiş qaydalara əməl etsin, gücləndirilmiş 3-cü əlavə dozanı vurdursun.
Digər mühüm bir məsələlə toxunmaq istəyərdim. Növbəti illərdə bizi hansı "sürpriz"lərin gözlədiyini bilmədiyimiz üçün distant təhsilin hüquqi bazasının gücləndirilməsi, bu təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində səylərimizi gücləndirməliyik.
Artıq bir sıra ölkələr məsafədən təhsilin araşdırılması və tətbiqinin təkmilləşdirilməsi üçün sırf distant təhsil verən təhsil müəssisələrinin yaradılması ideyaları üzərində sıx işləyirlər. Hesab edirəm, bu barədə ciddi düşünməyə ehtiyac var. Yuxarıda qeyd etdiyim kimi, irəlidə hansı yeni pandemiya növləri ilə üz-üzə qalacağımız hələ bilinmir. Prosesləri qabaqlamaq üçün bu barədə indidən düşünməyə və bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi ehtiyac var.
Sonda hər kəsə sağlam və mənalı həyat arzulayıram".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1204 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr