Maaş və pensiyalar yenə ARTIRILIR

Maaş və pensiyalar yenə ARTIRILIR"Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir".

Sonxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sosial təminat sisteminin gücləndirilməsinə və sosial müdafiə proqramlarının genişlənməsinə imkan verib. Hər il bu istiqamətdə mühüm addımlar atılır.

Qeyd edilib ki, əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb.

2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqaməti üzrə əhaliyə 4,6 milyard manat vəsait ödənilib. Bu da əvvəlki ilə nisbətən 118 milyon manat çoxdur. Cari ilin əvvəlindən edilən artımlar onu deməyə əsas verir ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq.

Bütün bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl irəliləyişləri göstərir.

Digər sosial ödənişlər (müavinət, təqaüd və s.) kimi, pensiyaların məbləği də ildən-ilə artır, üç il əvvələ nisbətən minimum pensiya məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60% artım olub. Dövlət başçısının 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ötən il bir qədər də azalaraq 25,2 faizə endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transfertin payı DSMF gəlirlərində 2017-ci illə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb. Bu müsbət dinamika sosial sığorta daxil olmalarında mütəmadi artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olmaqla, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir.

Kollegiya iclasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirlib.

Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5924   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 28 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

9 may
.

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. -ın məlumatına görə, müraciətdə deyilir:. "Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turiz

9 may
.

Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl 5 gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub. Belə ki, mayın 27-28-i Qurban bayramına təsadüf edir. 28 may - Müstəqillik Günü də qeyri-iş günüdür. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən 29 ma

9 may
.

Mərmər sexində bədbəxt hadisə - Ölən var

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib. Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdl

9 may
.

Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balabab

9 may
.

Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım

9 may
.

İş adamı restorandan çıxarkən güllələndi - Foto - Yenilənib

Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. "Qafqazinfo" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

9 may
.

Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın

Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 20

9 may
.

Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose

10 may