"Məktəb və universitetləri 2 həftəlik dayandırmaq lazımdır" - Təhsil eksperti
"Tədris prosesi, bilavasitə, yoluxmaya təsir göstərən faktordur, bunu inkar etmək mümkün deyil. Amma bu, bizim heç də normal həyata qayıtmağımıza mane olmamalıdır. Təbii ki, yoluxanların sayı artıq 8 min ətrafındadır. Bu, bizi narahat edir. Amma biz bu yoluxma sayı ilə rahatlıqla restoranlara gediriksə, əyləncə mərkəzlərinə gediriksə, deməli dərs prosesində iştirakla bağlı da bir problem olmamalıdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, qeyd edib ki, universitetlərdə dərslərin tam əyani formada başlaması heç bir problem yaratmır:
"Universitetlərdə birinci semestr hibrit formada idi. Yəni bəzi dərslər onlayn, bəziləri ənənəvi keçirilirdi. Amma bu zaman faydalılıq əmsalı aşağı düşür. Bəzən tələbələr həftədə iki dəfə universitetə gəlməyə görə kirayə tuturdular, dərslərin böyük əksəriyyəti onlayn olurdur. Bu da onların maliyyə itkisinə gətirib çıxarırdı. Eyni zamanda bir sıra dərsləri onlayn keçmək keyfiyyətli deyildi. Biz hətta qış imtahan sessiyasının akademik nəticəsində də bu təhlilləri gördük. Bəzən tələbələrə tam olaraq mövzuların çatdırılması həyata keçirilməyib. Dərslərin tam əyani başlaması, əlbəttə, yoluxmaya öz təsirini göstərəcək. Amma biz bundan narahat olmamalıyıq. Artıq bizim ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz 3 həftədən çoxdur ki, istirahət edirlər. Onların ənənəvi qaydada tədris prosesinə qayıdışında heç bir problem yoxdur. Bundan narazı olan tələbələrin böyük əksəriyyəti işləyirlər, bilirlər ki, həftənin yalnız iki günü universitetə gedəcəklər. Digər günlərdə isə onlayn dərslərə iş yerlərində də qoşulurlar. Amma bu proses istənilən nəticəni verməyib. Dərslərin ənənəvi başlamasında isə hər hansı problem yoxdur".
Ekspert qeyd edib ki, orta məktəblərdə iki həftəlik fasiləyə ehtiyac var:
"Orta məktəblər üçün biz təklif etdik ki, iki həftəlik fasilə olsun. Çünki orta məktəbdə sentyabrın 22, 29-dan başlayan dərslər fasilə olmadan davam edir. Bu müddət ərzində bizim şagirlərimiz, müəllimlərimiz arasında yoluxanlar oldu, yoluxma sayı kəskin artdı. Təbii ki, bu, bizi narahat edən məqamdır. Bütün hallarda orta məktəblərə iki həftəlik fasilə verməyə ehtiyac var. Çünki şagirdlər və müəlimlər fiziki və psixoloji yorulublar. Keyfiyyətli tədris üçün onların itirdikləri enerjini bərpa etməyə ehtiyac var. Gərək ki, təhsil nazirliyi qış tətilini ləğv etməzdi. Uşaqlar davamlı olaraq fasilə vermədən dərslərə qoşulurlar. Onlayn tədris yox, amma bütün tədris prosesini iki həftəlik dayandırmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 11494 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrBakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24 oktyabr