Bakıda hansı evlərin çətin satıldığı məlum olub

Bakıda hansı evlərin çətin satıldığı məlum olubƏmlak bazarına nəzər salanda maraqlı hallarla üzləşmək olur. Elanı aylarla verilsə də satılmayan mənzillər və ya satışa çıxarılan kimi müştərisini tapan evlər...

Təklif olunan qiymətdə fərq olmasa da, alıcının niyə bir mənzili yox, digərini seçməsi maraq doğurur.

Ümumiyyətlə, Azərbaycanda hansı evləri satmaq çətindir? Satış zamanı üzə çıxan maneələr nədən ibarətdir.

Sonxeber.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Əsədov "Report"a gec satılan evləri belə təsnifləşdirir:

"Sənədi olmayan evlər çox çətinliklə satılır. Bakı şəhərinin ətrafında, Abşeron, Sumqayıt, Xırdalan ərazilərində yarım milyona yaxın evin sənədi yoxdur. Orada çox çətinliklə evlər satılır.

İkinci yerdə isə 10 ildən çox inşa olunmuş yeni tikililər durur ki, onlar da istismara qəbul olunmayıb, dövlət tərəfindən qeydiyyatdan keçməyiblər.

Gec satılan evlərin siyahısında üçüncü yerdə qəzalı evlər dayanır. Qəzalı evlərin də satışı çətinliklə olur. Bura həm tam qəzalı, həm də qismən qəzalı sayılan evlər aiddir. Alıcılar bilir ki, bina qəzalıdır, ona görə də oradan mənzil almağa üstünlük vermirlər.

Dördüncü səbəb isə tələbatdır. Hər hansı evin yerləşdiyi ərazidir. Məsələn, bina qəbiristanlığın yanında yerləşir və orada kommunikasiya problemi var. Məsələn, Binəqədi ərazisində yolların asfaltlı olmaması orada olan evlərin satılmasına maneə törədir. Bəzi Bakı kəndlərində də belə halları müşahidə etmək olar".
Bakıda hansı evlərin çətin satıldığı məlum olubE.Əsədov evlərin satışında ortaya çıxan başqa bir maneədən də söz açıb. Onun sözlərinə görə, həddindən artıq satış olan ərazilərdə ev satmaq çətin olur. Məsələn, böyük yaşayış kompleksləri var ki, orada rəqabət yüksəkdir:

"Həmin komplekslərdə ev satan çox olur. Orada rəqabət yüksək olur. Misal olaraq, Masazır, Xırdalan ərazilərini demək olar. Orada bəzi komplekslər var ki, evini satan çoxdur. Adətən, elə yerlərdə mənzil satan daha çox olur, nəinki ev almaq istəyən".

Ekspert mənzillərin daxilindəki, quruluşundakı səbəblərin də satışa maneə olduğunu bildirib:

"Elə hallar da olur ki, ev iki otaqlıdır, amma 120-130 kvadrat metrdir. Alan adam isə 120 kvadrat metr ikiotaqlı ev almaqdansa, üçotaqlı almağa üstünlük verir. Evin birinci mərtəbədə və ya mansardda olması da onun satılmasına çətinlik törədir. Və ya elə olur ki, villa cəlbedici olmayan ərazilərdə tikilir. Məsələn, Keşlə, "Kubinka" kimi ərazilər bura aiddir. Orada ətrafda olan evlərin həcmi 40-50 kvadrat metr olduğu üçün həmin villaları satmaq çətin olur".

Ekspert qeyd edib ki, həmin villalara xərc çox qoyulduğu üçün baha qiymətə satmağa məcburdurlar. Alan adam isə həmin ərazidən ev alırsa da, villa almır.

Həmçinin, ekspert əlavə edib ki, evlərin satılmasında çətinlik bağ evləri ilə də bağlı olur: "Qışda dəniz kənarında yerləşən evlərin satılması çox çətindir. Lakin aprel-may aylarından sonra həmin bağ evlərinin mövsümü başlayır".

Əmlak üzrə ekspert Ramil Qasımzadə də təsdiqləyir ki, sənədsiz evləri satmaq daha çətindir. Bu mənada fərdi yaşayış evlərinin satılması çətinlik törədir:

"Satan şəxs evə 100 min manat xərc qoyur, amma real bazar qiymətinə uyğun olaraq bəzən istədiyi qiymətə sata bilmir.

Daşınmaz əmlakın qiymətinə təsir göstərən əsas amil onun yerləşdiyi yerlə bağlıdır.

Fərdi yaşayış evlərin satılmasında çətinlik kommunikasiya ilə bağlı olur. Problem yol, rabitə, ən əsası kanalizasiya sisteminin olmamasıdır. Təəssüf ki, Bakının bir çox qəsəbələrində kanalizasiya problemi var. Bu səbəbdən də orada qışda sular yola tökülür. Bu da birbaşa orada olan fərdi yaşayış evlərinin satılmasına ən böyük əngəllərdən biridir. Orada satan adam aldığı və ya tikdiyi zaman evə qoyduğu xərcdən aşağı qiymətə satışa qoysa belə, yenə çətinliklə sata bilir".
Bakıda hansı evlərin çətin satıldığı məlum olubEkspert deyir ki, mənzillərin satışında ən böyük problem metrodan kənarda yerləşmələri olur.

Başqa bir əmlak eksperti Elnur Fərzəliyev hesab edir ki, satışına görə əmlaklar müxtəlif kateqoriyalara bölünür. Onlardan biri daimi satıla bilən əmlaklardır ki, onlar kapital gətirir. Digəri isə ölü kapital adlanır, yəni satıla bilməyən əmlaklar. Məsələn, hündürmərtəbəli, beşmərtəbəli və doqquzmərtəbəli binalarda sonuncu mərtəbələr, künc bloklar və nəmişlik olan hissələrin satışı çox çətindir. Bunların qiyməti bazar qiymətindən 15-20% aşağı olur. Həm də onların satış prosesi çətindir. Həmin evlərə alıcı olmur.

"Həyət evlərində də vəziyyət belədir. Məsələn, bir neçə evin yerləşdiyi ümumi həyət evlərinin, sənədsiz, pəncərəsi olmayan, qapalı vəziyyətdə olan evlərin satışı çətin olur. Məsələn, sənəddə hər hansısa bir problem varsa, onu öz adına keçirməkdə problem yaranır", - E. Fərzəliyev bildirib.

Ekspert qeyd edir ki, evin köhnə interyerdə olması da onun satılmasına problem yaradır: "Belə ki, yaxşı təmirli olmasına baxmayaraq, 15 ilin interyeri hazırkı vəziyyətə uyğun gəlməyə bilər. Alıcıya evin yenidən təmiri sərf etmir. Ondansa tam təmirsiz ev alması daha məqsədəuyğun hesab olunur".

Ekspert əlavə edir ki, insanlarda bəzi inanclara görə evlərin satılması da problem yaradır. Məsələn, ev yanıb, sonradan təmir olunub, ya da evdə qətl, faciəli şəkildə ölüm hadisəsi baş verib. Bu inanclara görə həmin evlərin satılması çətin olur. Təbii ki, bu hallar çox olmur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1401   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr