Qohumlarını öldürən ata və oğluna hökm oxundu
2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsində təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova hökm oxunub.
"Kriminalqafqaz" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Nuroğlu ömürlük, N.Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Nürəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər.
Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Bu qətlin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli pozuntulara görə baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə vəzifədən azad edilib.
Mərhum Ş.Kərimovun qardaşı Niyaməddin Kərimov müraciətində hökmün ədalətli olduğunu bildirib: "Mənim və vəkilim Cavid Rzazadənin şikayət məzmunlu müraciətlərindən sonra Baş Prokurorluq məsələni nəzarətə götürdü. Vahid Məmmədlinin qanunsuz əməlləri barədə müraciətimizə də baxıldı və o, vəzifəsindən azad edildi. Bunlara görə Baş Prokurorluğun rəhbərliyinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, ədalətli hökm çıxardığı üçün hakimlər Müşfiq Məmmədov, Cəlil Nəbiyev və İlkin Abdullayevə minnətdarıq".
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2391 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrAzərbaycanda icra başçısı cərimələndi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi
27 oktyabrAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabrBakıda kişi arvadını dişlədi, tava ilə döydü
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
5 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrBakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
Bu gün Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. -a istinadən xəbər verir ki, insident rayonun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı Raqif Rəhimov (1996), Ravin Xəlilov (1996) və Sərvan Məsimov (1998) bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Əraziy
13 noyabr