Milli cins atların cıdır yarışlarına start verilir

Milli cins atların cıdır yarışlarına start verilirKənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəhbərliyi arasında görüş keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdə yerli genofondun ən qiymətli nümunələri olan Qarabağ və Dilbaz at cinslərinin, eləcə də ölkədə yetişdirilən cins idman və digər təyinatlı atların qorunub saxlanılması, damazlıq atçılıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, damazlıq şəbəkəsinin genişləndirilməsi, yetişdirmə, bəsləmə, məşq və sınaq işlərinin səviyyəsinin daha da yüksəldilməsi, atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bütövlükdə bu sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.

Bildirilib ki, son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib.

Görüşdə Qarabağ atlarının əvvəlki şan-şöhrətinin özünə qaytarılması istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə milli cins atların cıdır-sınaq yarışlarının təşkili barədə razılıq əldə olunub. İlk olaraq cıdır yarışlarına Bakı Dövlət Cıdır Meydanında start verilməsi barədə qərar qəbul olunub. Burada cıdır zolağının beynəlxalq yarış standartlarına cavab verməsi üçün işlərə başlanılıb. Artıq cıdır meydanlarının (ippodromlar) təşkili işinə yerli və xarici mütəxəssislər cəlb olunub.

Bununla yanaşı, yaradılacaq digər İşçi Qrup atların DNT təhlillərinin daha təkmilləşdirilmiş şəkildə davam etdirilməsi işi ilə məşğul olacaq, atların identifikasiya (mikrociplənmə, pasportlaşma və s.) prosesinə dəstək göstərəcək. Bu prosesin yekunu olaraq atlara dünya standartına cavab verən pasportlar veriləcək. Həmin pasportlarla xaricə satılan atların daşınması da mümkün olacaq. Atların identifikasiyası prosesinin yekunu olaraq Damazlıq Kitabının bərpa olunması və davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ən qısa zamanda milli cins atların cıdır yarışlarına start verilməsi üçün bütün zəruri addımlar atılacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1258   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr