7 günlük karantin hansı andan hesablanır?
Azərbaycanda koronavirusun aşkarlanması üçün götürülən analiz nümunələrinin nəticələri bəzən bir günə bəlli olsa da, 3-4 gün gecikmələr də müşahidə olunur. Test cavabları aydın olana qədər müddət ərzində isə yoluxmuş şəxs ictimai məkanlarda olur və bu səbəbdən yoluxma sayında artım müşahidə edilir.
Bəs karantin müddəti necə təyin olunur və hansı andan etibarən hesablanır?
Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların özlərini təcrid müddəti test verilən gündən hesablanır.
"Şəxsin COVID-19-a yoluxduğu gündən test verdiyi dövrədək olan vaxt karantin müddəti hesab edilmir", - deyə qeyd olunub.
İnfeksionist Mərdan Əliyev Trend-in suallarını cavablandırarkən qeyd edib ki, vətəndaşlara test verdikdən sonra cavab çıxan müddətə qədər hər hansı bir məhdudiyyət qoyulmadığı üçün onlar rahat şəkildə ictimai yerlərdə gəzirlər və digər sağlam insanları da yolxudururlar.
"Testin nəticələrinin gec məlum olmasının obyektiv səbəbləri var. Çünki PCR aparatlarının sayı məhduddur və indi yoluxanların, analiz verənlərin də sayı çox olduğu üçün növbələşdirilirək cavab verilir. Belə olan halda da gecikmələr baş verir. 4-5 gün ərzində yubanma olması yoluxma sayını artıra bilir. Lakin bu, obyektiv haldır və qarşısını almaq bir az çətindir. Ancaq vətəndaşların fərdi şəkildə maarifləndirilməsi ilə buna nail olmaq olar. Əgər vətəndaş özünü xəstə hiss edirsə, ictimai yerlərə getməməli, maska taxmalı və gigiyenik qaydalara riayət etməlidir", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1109 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH
Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları
8 mayİşlədiyi bağçanın həyətindən meyiti tapıldı
Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırm
9 mayAprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsində
8 mayİş adamı restorandan çıxarkən güllələndi - Foto - Yenilənib
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. "Qafqazinfo" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib
9 mayİş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr
İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər
8 mayQobustandakı güclü yanğından - Video - Yenilənib
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar
9 mayŞahlar Vəliyev vəzifəsindən azad olundu (FOTO)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb. Məlumata görə, "1
8 may