"Ata-ana bilsə ki, buna görə həbs olunacaq..."- Deputatdan SƏRT TƏNQİD
Istiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu gün erkən yaşda ailələri tərəfindən ərə verilən qızlarımız az deyil. Əfsuslar olsun ki, bu işin üstü açılanda yalnız azyaşlı ilə evlənən "bəy" cəzalandırılır. Lakin qızlarını ərə verib təhsildən qoparan, "başlarından edən" "valideyn"lər isə azadlıqda cəzasız, heç nə olmamış kimi gəzirlər. Elə ata-analara hansı cəza verilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Fazil Mustafa açıqlama verib.
O, dəfələrlə bununla bağlı fikirlərini bildirdiyini vurğulayaraq bildirib ki, uşaqların erkən nigaha məcbur edilməsinə görə valideyn məsuliyyət daşmalıdır:
"15-16 yaşı tamam olmuş uşaqların ərə verilməsinə görə valideyn hüquqi məsuliyyət daşımalıdır. Ata-ana bilsə ki, buna görə həbs olunacaq, artıq heç bir valideyn bu addımı atmağa cəhd göstərməyəcək. Çünki bu, müəyyən dərəcədə biyabırçı bir hal alır, xüsusi ilə də bölgələrdə acınacaqlı durumun yaranmasına gətirib çıxardır. Bu kimi hallar qızlarımızı təhsildən uzaqlaşdırır.
Ona görə də sözügedən məsələ ilə bağlı qanunvericilikdə sərtləşdirilmələrə ehtiyac var. Konkret olaraq, biz ancaq oğlanla qızın hərəkətini müzakirə edirik və ya məsuliyyət onların üzərinə yönləndirilir. Əslində isə son günlər haqqında danışılan 15 yaşlı qızın başına gələn faciə bütövlükdə cəmiyyəti silkələməlidir. Burada valideyn məsələsi önəmlidir.
Digər tərəfdən, elələri var ki, valideynləri olmur. O zaman dövlətin bu uşaqlar üzərində qayğısı məsələsi diqqət çəkməlidir. Çünki dövlət sanki hansısa bir müəsissələrində onları barındırmağı "unudur". Bəzən məmurlar məsələyə diqqət yetirmirlər. Ona görə də qızlarımızın qorunması baxımından buradakı problemə həm də dövlətin müdaxiləsi önəmlidir.
Ümumiyyətlə, bu uşaqlar harada böyüyürlər, niyə bu vəziyyətə gəlirlər?!
Bu gün küçələrdə dilənən 10-15 yaşlı qızların gələcəyi budur.
Başqa nə ola bilər?! Ən yaxşı halda onlar gedib "ailə tablosu" altında yaşamağı seçirlər. Amma narkomniyaya düçar olan qızlar var. Bunların taleyi necə olacaq? Ona görə də bu məsələdə total bir nəzarət mexanizmi qurulmalıdır ki, xoşagəlməz hallar baş verməsin.
Sadalanan problemləri mütləq həll etmək lazımdır. Belə olmasa, bu, ənənə olaraq, zorakılığın daha da genişlənməsinə səbəb olacaq".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5034 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabrAntiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrSabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabr