Nəcməddin Sadıkov şirkət maşını SÜRÜR? - FOTO
Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşmə xəbəri gündəmin ən çox müzakirə edilən mövzusu oldu.
Sosial şəbəkələrdə gedən müzakirələrdə diqqət çəkən əsas məqamlardan biri də generalın idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobilin nömrəsi idi. Belə ki, əksər sosial şəbəkə istifadəçiləri hazırda işsiz olan Sadıkovun "90 AS 020" seriyasına necə sahib olması barədə suallar ünvanlayırlar. Bildirilir ki, adətən belə avtomobil nömrələri vəzifəli şəxslərə və iş adamlarına məxsus olur.
Nəcməddin Sadıkov "90 AS 020" nömrəsini necə əldə edib?
Bununla bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, "90 AS 020" seriyalı nömrə maşının xidməti olmasına dəlalət etmir:
"Bəlkə də, minlərlə hüquqi şəxs AA seriyalı maşına sahibdir. Bu nömrələr sadəcə hüquqi şəxslərə verilir. Ola bilsin ki, Nəcməddin Sadıkov da yaxşı vaxtlarında özünə hardasa bir şirkət yaradıb və o nömrəni də şirkət adına alıb".
Ekspertin sözlərinə görə, belə nömrələrə sahib olan insanlar çoxluq təşkil edir: "Mən belə halları dəfələrlə, görmüşəm. Məsələn, Ziya Məmmədov və başqaları vəzifədən gediblər, ancaq öz xidməti nömrələrinə oxşar nömrələrdən istifadə edirlər. İndi o maşının nömrəsini yoxlasaq, yəqin ki, qeydiyyatda hansısa MMC-nin adına çıxacaq.
Çünki həmin nömrələr Baş Dövlət Yol Polisi İdarəsində yalnız hüquqi şəxslərə verilir. O da yəqin, nə vaxtsa, şirkət və ya müəssisə açıb, nömrəni alaraq qeydiyyata salıb. İndi həmin nömrədən istifadə edir. Nömrənin "A" ilə başlaması maşının dövlət və xidməti maşın olmasına dəlalət etmir. Onun xidməti maşının nömrəsi "MN" ilə idi. İndiki nömrə adi seriyadır. İstənilən hüquqi şəxs yol polisinə müraciət edib "AA" və "AS" nömrələri ala bilər", - deyə ekspert vurğulayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2409 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabr