Əli Mirəliyev: "Manafın qulağını burdular ki..."
"Manaf Ağayev mənim dostumdur və balaca qardaşımdır. Onun tutduğu addımı çox pis dəyərləndirirəm. Eşitdiyim gündən də çox əsəbiyəm".
Sonxeber.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
O, bildirib ki, Manaf Ağayev dostu olsa da, tutduğu addım kökündən yanlışdır: "Mən onun tutduğu addımları eşitmişəm və hirslənmişəm. Ay Manaf, sən getmisən Füzuliyə, sağolsunlar sənə hörmət edib postlardan buraxıblar. Amma sən niyə gedib, şəkil çəkdirib paylaşırsan? Sənə getməyə icazə yoxdur, axı icazə ilədir. Sən bunu niyə edirsən, ay Manaf? Olmaz axı. Bu dövlətin qayda-qanunu var. Düzdür, 15 sutka elə də böyük şey deyil, yəni söhbət bundan getmir. Axı, sən niyə çəkib göstərirsən, buna erməni də, o biri, bu biri düşmənlərimiz də baxır. Bu yazıq dövlət neyləsin? Qayda-qanun çıxardıb və hamı üçün də şamildir. Neçə vaxtdır ki, ora yollar açılıb, ancaq mən ayağımı hələ də qoymamışam. Çünki olmaz da. Bunu başa düşmək lazımdır. Düzdür, Füzuli Manafın doğma yurdu, torpağıdır. Başa düşürəm, amma olmaz. Onun qulağını burdular ki, bundan sonra daha eləmə. Təbii ki, o biri müğənnilər də bundan dərs götürməlidir. Yəni, digər müğənnilərə də şamil edildi ki, çaşmayın ha. Pulunuz var deyə, hər yer siz üçün yaşıl işıq deyil. Dövlətin qayda-qanunu var, hamı da riayət etməlidir. Yəni, müğənni hara, onun həyat tərzini nümayiş etdirmək hara? Müğənni mahnı oxumağı ilə özünü sevdirməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabrİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr