"Yolu bağlayan sürücülərin üzr istəməsi yetərli deyil"

"Yolu bağlayan sürücülərin üzr istəməsi yetərli deyil""Bakıda böyük tıxaca səbəb olan sürücülərin vətəndaşlardan üzr istəməsi yetərli deyil"

Sonxeber.az Demokrat.az-a istinadən bildirir ki, bunu Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə paytaxtda etiraz məqsədilə yolu bağlayan TIR sürücülərinin saxlanılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bakının mərkəzi küçələrindən birində yük maşınları ilə qəsdən yolu bağlamaq və 3-4 saatlıq tıxac yaratmaq məsuliyyətə cəlb olunmağa səbəbdir:

"Bu, əslində həm də cinayət təqibinə əsas verən məsələdir. Çünki Cinayət Məcəlləsində ictimai qaydaların pozulmasına səbəb olan hərəkətləri təşkil etmək və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə məsuliyyət halları müəyyən olunub. Nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasından söhbət gedirsə, 3-4 saat ərzində Bakı şəhərində həmin istiqamətdə yüzlərlə yox, bəlkə də, minlərlə nəqliyyat vasitəsinin normal fəaliyyəti pozulub. Həmin şəxslər nə etdiklərini bilirdilər. Deyilənə görə, əvvəllər bir dəfə də belə hal olub, lakin cəzasız qalıblar".

Ç.Qənizadə TIR sürücülərini müdafiə edənlərə səslənərək deyib:

"Həmin şəxslərin müdafiəsinə qalxanlara üzümü tutub deyirəm ki, bəs, yüzlərlə, bəlkə də, daha çox insanın - avtomobil sahiblərinin, işə gedənlərin, xəstəxanaya gedənlərin heç bir əsas olmadan fəaliyyətinə maneəçilik törətməyin adı nədir? Bəs, bu insanların hüquqlarını kim müdafiə etməlidir? 2-3 nəfərin ağlına gələn hərəkətə görə, nəqliyyatın iflic olması nəticəsində maşında problem yaşayan sərnişinlərin günahları nədir? Bu, başa düşülən deyil, mən bu əməlləri edəcəm, sonra da çıxıb üzr istəyəcəm və növbəti dəfəki hərəkətlərim barədə düşünəcəm ki, nə etsəm yenə üzr istəyərəm. Belə olmaz".

Hüquq müdafiəçisi bildirib ki, əgər sürücülərin hüquqları pozulmuşdusa, onlar hüquq-mühafizə orqanlarına müraciət edə bilərdilər:

"Bunu edə bilərdilər. Təəssüf ki, bu gün onların vəziyyətindən istifadə edərək ortaya düşən qüvvələr yalanları xalqa sırıyırlar. Bax, onlara da müraciət edə bilərdilər. Onlara üzümü tutub deyirəm, minlərlə nəqliyyat sahibinin günahı nə idi ki, onlar bu hərəkəti edirdilər. Hesab edirəm ki, bu cür yanaşmalar düzgün deyil. Məsələyə "mən etdim, sonra çıxdım üzr istədim və bitdi", - deyə yanaşmaq düzgün deyil".

Ç.Qənizadə onu da qeyd edib ki, TIR sürücülərinin şikayətləri araşdırılmalıdır:

"Araşdırmaq lazımdır ki, onları kim buna vadar edib. Kimsə onların hüquqlarını pozubsa, həmin şəxslər cəzalandırılmalıdır. Bu inzibati və ya başqa cəza ola bilər. Mən bunu deyə bilmərəm. Lakin saatlarla yolda zülm çəkən, işə gecikən, əməliyyata gedən həkimlərimizi də başa düşməliyik. Burada hansısa məsuliyyətdən söhbət getməlidir. Yəqin ki, hüquq-mühafizə orqanları və digər dövlət orqanları bu məsələni araşdırır. Hansı formada cəza tətbiq olunacaq, bunu görəcəyik. Mən bəri başdan bu cür hərəkətlərin yolverilməz olduğunu deyirəm. Eyni zamanda onları bu hərəkətə vadar edən məmurlar varsa, onlar da tapılıb cəzalandırılmalıdır.

Onu da qeyd edim ki, bəzi qüvvələr sürücülərin durumundan istifadə edərək prosesi siyasiləşdirməyə çalışırlar. Bu sırf qanun pozuntusudur və hüquq məsələsidir. Qanun pozuntusuna səbəb olanlar üzə çıxarılmalı və onların cəza məsələləri müzakirə olunmalıdır".

Xatırladaq ki, bir neçə gün əvvəl TIR sürücülərinin paytaxtın Heydər Əliyev prospektində yolu bağlaması ilə əlaqədar cinayət işi açılıb. Bakıda böyük tıxaca səbəb olan sürücülər saxlanılaraq məsuliyyətə cəlb olunublar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1008   Tarix: 20 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr