"Bəzi icra başçıları özlərini "kiçik padşah" kimi aparırlar" - Deputat
"Prezident İlham Əliyev Nərimanov, Nizami, Kürdəmir rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edərkən dövlət məmurlarına bir daha ciddi xəbərdarlıq etdi. Hamının qanun qarşısında bərabər olduğunu bildirdi, dövlət məmurlarını qanunazidd əməllərdən uzaq olmağa, vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa çağırdı".
Sonxeber.az-ın məlumatına görə bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Prezident İlham Əliyev dəfələrlə yeni vəzifə təyinatları zamanı dövlət məmurlarına ciddi xəbərdarlıqlar etsə də, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmadan əvvəlki əməllərinə davam ediblər və nəticədə, bir neçə icra başçısı həbs olunub:
"Təəssüf ki, bu gün də bir sıra rayonlarda icra hakimiyyətlərindən narazılıqlar var. Hələ də bəzi icra başçıları vətəndaşlarla münasibəti düzgün qurmur, kabinetdən çıxmır, özlərini "kiçik padşah" kimi aparırlar. Bu da cəmiyyətdə haqlı olaraq narazılıq yaradır. Bütün icra hakimiyyəti başçıları öz vəzifələrini məsuliyyət və vicdanla yerinə yetirsələr, zaman-zaman bir sıra icra hakimiyyətləri qarşısında vətəndaşlar özlərini yandırmaz və ya mitinq keçirməzdilər.
Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, vəzifə imtiyaz və ya üstünlük deyil, yüksək etimad və məsuliyyətdir. Yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, xalqın qulluqçusu olmalı, xəyanət etməməli, vəzifəsindən irəli gələn öhdəlikləri vicdan və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla münasibəti düzgün qurmalı, onlarla daimi əlaqədə olmalı, problemlərinə həssas, yüksək diqqət və qayğı ilə yanaşmalıdır.
Vətən müharibəsində şanlı qələbəmizdən sonra bölgədə yeni siyasi və iqtisadi reallıq yaranıb. Dövlətimiz yeni mərhələyə qədəm qoyub. Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Dövlətçiliyimizi, müstəqilliyimizi, qələbəmizi daha da gücləndirməliyik.
Hazırda ölkəmizdə kadr islahatları sürətlə və uğurla həyata keçirilir. Son aylar bir çox sahələrə yeni gənc kadrlar təyin olunub. Kadr təyinatında bilik və bacarıqlara xüsusi önəm verilir. Bütün bu addımlar ölkəmizin inkişaf və tərəqqisinə öz ciddi töhfəsini verəcək".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1570 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabr