"Votsapda qrup yazışmasına görə dubinka ilə döyüb, başını divara çırpıb"
Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsində şahidlər ifadə verib.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyevə söz verilib.
O, bacısınının İ.Məmmədov tərəfindən xidməti dubinka ilə döyüldüyünü bildirib:
"Bacım bir dəfə mənə zəng elədi ki, "gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm". Dubinka və təpiklə onu döymüşdü. Bu hadisə bir dəfə də təkrarlanmışdı. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. İsmayıla ömürlük həbs verilməsini xahiş edirəm".
Şahid qismində ifadə verən Gülxanım Yolçuyeva mərhumun bibisi olduğunu deyib. Onun sözlərinə görə, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub:
"Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, onu bizə çatdırsın. Sürücü götürmək istəməyib. Deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı.
Votsapda adi bir qrup yazışmasına görə qızımızı dubinka ilə döyüb, başını divara çırpıb. Səhər bölmədə təhqiqatçının otağına girib hadisəni danışdıq və ekspertizaya getmək üçün sənədlər hazırlandı. İsmayıl içəri gəldi, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi".
Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4157 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb. Düşən yağıntını
9 mayAkif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy
8 mayAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb. Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedic
8 may"Xarı Bülbül"ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi
Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi il
9 mayMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayBakıda 25, rayonlarda 27 dərəcə isti olacaq
Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl
8 mayPensiyaçılar üçün endirim barkodu artıq "mygov" mobil tətbiqindədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə yaradılmış "Sosial Tərəfdaş" layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiy
8 may