Feysbukda müəllimin adına profil açıb pul yığdılar - VİDEO
Sosial şəbəkədə bir nəfərin adına saxta profil açılaraq dostları aldadılıb.
AZXEBER.COM xəbər verir ki, hadisə Masallı rayon sakini, məktəblərin birində müəllim işləyən Rabil Abdinovun başına gəlib.
Rabil Abdinov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, onun şəxsi məlumatlarından istifadə edilərək feysbukda açılan profil vasitəsi ilə qohum və dostları aldadılıb. Həmin şəxs Rabil Abdinovun dostlarına xəstə olduğunu yazaraq onlardan pul istəyib. O, bununla bağlı ekran görüntülərini də təqdim edib.
Müsahibim əlavə edib ki, saxta profil vasitəsilə onun adından həm də Təhsil Nazirliyinin qərarları tənqid edilib. Rabil Abdinov məsələ ilə bağlı aidiyyəti qurumlara hələlik şikayət etmədiyini bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, əgər faktla bağlı zərərçəkmişlər və ya adından istifadə edilərək saxta profil açılan şəxs polisə müraciət edərsə, məsələ araşdırılacaq. Həmin şəxsin tapılması istiqamətində addımlar atılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 897 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb. Düşən yağıntını
9 mayAkif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy
8 mayAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb. Həmçinin müəyyən olunub ki, məhsullar etiketlənməyib, müşayiətedic
8 may"Xarı Bülbül"ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi
Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi il
9 mayMusiqi sərhəd tanımır: MESAM Bakıda "Qardaşlığın körpüsü"nü qurdu
Çox vaxt məşhur mahnılar milyonlarla insan tərəfindən dinlənilir, müxtəlif platformalarda səslənir, tədbirlərdə ifa olunur. Lakin bu əsərlərin müəllifləri hər zaman bundan layiqli gəlir əldə edə bilmirlər. Müəllif hüquqlarının qorunması, xüsusilə rəqəmsal dövrdə əqli mülkiyyətin təmin olunması bu gü
7 mayBakıda 25, rayonlarda 27 dərəcə isti olacaq
Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətl
8 mayPensiyaçılar üçün endirim barkodu artıq "mygov" mobil tətbiqindədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə yaradılmış "Sosial Tərəfdaş" layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiy
8 may