Pənah Hüseyn canlı efirdəki davadan danışdı - VİDEO
Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.
Davaya səbəb isə tərəflərin bir-birinə qarşı "gədə" "düdük" kimi qeyri-etik ifadələr işlətməsi olub.
Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.
"Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə", - deyə o bildirib.
Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: "Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri –red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim".
O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: "Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmançılıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil".
Pənah Hüseyn politoloqla mübahisə zamanı işlədiyi ifadəyə (gədə -red.) də münasibət bildirib: "Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işləməyi doğru sayıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm".
Siyasi analitik Tofiq Abbasov isə "Qafqazinfo"ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: "Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu çıxdı, getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1726 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrTəcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabr