Bakıdakı bu taksi şirkətlərinin arxasında ermənilər dayanır... - Elməddin Muradlı
"Taksi fəaliyyəti sahəsindəki qarmaqarışıqlığa, xaotik vəziyyətə son qoymaq üçün ilk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik".
Bunu Qaynarinfo-ya açıqlamasında avtomobil eksperti Elməddin Muradlı paytaxtda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:
"Ölkədə taksi fəaliyyətilə bağlı xaotik vəziyyət hökm sürür. Belə vəziyyətin yaranması isə ağır sosial durum və fəaliyyətin tənzimlənməsilə bağlı mexanizmin olmaması ilə bağlıdır. Ona görə də iş tapa bilməyən sürücülər taksi fəaliyətində olan boşluqdan yararlanaraq avtomobilləri ilə taksi fəaliyyətinə çıxırlar. Bir sıra hallarda şəxsi avtomobillərilə hərəkət edən insanlar da taksi fəaliyyətilə məşğul olur. Belə ki, səhər işlədiyi məkana gedən və axşam işdən çıxan zaman sürücülərin bəziləri də müəyyən məbləğ müqabilində avtomobilləriylə sərnişin daşıyırlar. Yəni onlar da özlərini taksi sürücüsü adlandırırlar. İlk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik".
Həmsöhbətimiz qeyd edir ki, taksi fəaliyyətiylə bağlı konsepsiya da müəyyənləşməlidir:
"Burada taksi sürücüsünün etik davranış qaydaları, küçə və yolları bilmək səviyyəsi, vətəndaşla ünsiyyət, avtomobilin vəziyyəti, xidmət keyfiyyətini ölçmək və şikayətlərin qəbulu üçün vətəndaşların müraciət edə biləcəyi qaynar xətt və s. əks olunmalıdır. Avtomobilin rəngi məsələsi də əhəmiyyətlidir. İstənilən rəngli avtomobillə taksi xidməti göstərmək olmaz".
E. Muradlı düşünür ki, istənilən şəxsi taksi sürücüsü kimi qəbul etmək olmaz:
"Peşəkar taksi sürücülərini önə çəkməli, onlara münasibətdə müəyyən güzəştlər olmalıdır. Taksi şirkətləri qarşısında da məsuliyyət qoyulmalıdır ki, hər yoldan keçənin ora cəlb olunmasının qarşısı alınsın. 50-60 minlik maşınla taksi fəaliyyətinə çıxan tərbiyəsizlər prosesdən uzaqlaşdırılmalıdır.
Taksi şirkətlərindən Yandeks, Uber, Makmin arxasında erməni iş adamları dayanır. Ona görə də sərt qaydalar tətbiq etməklə prosesi tezliklə tənzimləməliyik".
Qeyd edək ki, Baş nazir Əli Əsədovun "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamına əsasən paytaxtda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq. Bununla bağlı təkliflər 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2254 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabr