Ailəsi qətlə yetirilən şəxs: "İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq" - VİDEO

Ailəsi qətlə yetirilən şəxs: "İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq" - VİDEOFevralın 20-də Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu qohumları Əhəd Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetiriliblər.

Ailəsi qətlə yetirilən Fəsahət Qaraxanov "AStar" yutub kanalına hadisə ilə bağlı danışıb.

Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl törədilərkən Rusiyada olub və səhəri gün Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.

Ev almaq istəyən ailə 10 il əvvəl bir dəfə dələduzluğa məruz qalaraq pulunu itirib. Məhkəmə işi yekunlaşandan sonra pulun müəyyən bir hissəsi – 25 min manat ailəyə geri ödənilib. Bu məbləğ təxminən 8 ay əvvəl qaytarılıb.

F.Qaraxanov bildirib ki, evdə 25 min manat olub:

"Ev almaq istəyirdik, arada da üstünə əlavə verirdim ki, pul yığılsın".

O, Əhəd Əliyevlə əlaqəsinin olmadığını deyib:

"Borclarına görə telefonu söndürürdü, telefon da işlətmirdi. Yoldaşı ondan pulsuz, fırıldaqçı, yalançı olmasına görə ayrılmışdı.

O adam müəllim olub, direktor olub, Kərbəla şəhərinə gedib-gəlib, ona görə inanmazdım. Heç gözləməzdim, ağlagəlməzdi. Mənə dedilər, bunu edən ailəni bilən adamdır, qohumdur, dedim yox, qohum ola bilməz. Bu çıxdı qatil.

Heç olmasa işgəncə ilə öldürməyəydi, insanı güllələyərlər, o başqa şey, biri də var ki, işgəncə verib öldürüblər. İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq. Allahın qəzasıdır. Allah da deyir ki, gərək səbirli olasan, dözəsən, nə edim, başqa yolum yoxdur. Dözəm, yaşadam gərək onları".

Mərhum Qaraxanova Gülnarın anası Gülbacı Soltanova deyib ki, Əhəd Əliyevin belə bir hadisə törədəcəyinə inanmayıblar:

"Qoynumda ilan bəsləmişəm. Əhəd ola, belə şey edə, heç cür inanmadıq. Deyirik, nə isə içib, ağlı çıxıb başından. Uşaqlar Əhədi, Əhəd də uşaqları çox istəyirdi. Evlərinin həmişə qapıları bağlı olurdu. Qızım gedirdi işə, uşaqlara deyirdi, qapını heç kəsə açmasınlar, qorxurdu.

Heç Əhədə də qapını açmırdılar. Əhədin özünə deyirdi ki, yoldaşım evdə yoxdur, gəlmə evə, qapını açmayacağam. Əhəd onu izləyib, girib içəri. Bilib ki, qapını açmayacaq".

Mərhumun qohumu Şahlar Məlikov qeyd edib ki, mərhum Gülnar Qaraxanovanın alnında bıçaq kəsiyi olub:

"Görünür, onun boğazını kəsmək istəyib, müqavimətlə rastlaşanda yeddi bıçaq vurub. Xanımı içəri salıb, uşaqların səs-küyü gələndə, oğlanın boğaz hissəsini kəsmişdi, qız uşağında dörd bıçaq yeri var, bir də amansızlıqla boğazı kəsilmişdi. Hər iki uşaq yataqda idi".

Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2883   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust