"Azərbaycan Könüllülərinin İnkişaf Proqramının" ilk təlimlərinə start verilib - FOTOLAR
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə könüllülərin fərdi və peşəkar inkişafının təmin olunması, müxtəlif istiqamətlərdə nəzəri və praktiki təcrübə imkanlarının artırılması, idarəetmə potensiallarının təkmilləşdirilməsi, karyera quruculuğunun və kadr ehtiyatının formalaşdırılmasına dəstək məqsədilə keçirilən "Azərbaycan Könüllülərinin İnkişaf Proqramının" ilk təlimi baş tutub.
Təlimdən öncə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev nitqində ölkəmizdə ilk dəfə keçiriləcək proqram haqqında ətraflı məlumat verib və uğurlar diləyib. Daha sonra Fidan Əzimlinin təqdimatında "Psixoloji hazırlıq" modulu çərçivəsində "Mən kiməm?" adlı ilk təlim baş tutub. İştirakçılar təlimi dinləyib, müxtəlif komanda işləri görüb və onları maraqlandıran suallara cavab tapıblar.
Üç ay müddətində davam edəcək proqrama müxtəlif qurumlarda fəaliyyət göstərən otuz könüllü iştirak haqqı qazanıb. Proqram çərçivəsində könüllülərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların asudə vaxtının faydalı təşkili, öz ixtisaslarından əlavə müxtəlif peşə sahələri və istiqamətlər haqqında yeni biliklərə yiyələnməsi, dövlət strukturlarında iş prinsipinin mənimsənməsi, təşkilati idarəetmə, liderlik və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, proqram "Psixoloji hazırlıq" təlimləri ilə yanaşı "Fərdi inkişaf", "Karyera planlaması", "Layihələrin idarə olunması", "Kargüzarlıq", "Emosianal zəka", "Marketing", "Könüllülük" və bu kimi mövzuları əhatə edəcək təlim və təcrübə modullarından ibarət olacaq. Modulları uğurla başa vurub praktiki sessiyalarda və imtahanlarda yüksək nəticə göstərən iştirakçılar xüsusi sertifikat və hədiyyələrlə təltif olunacaq, eləcə də növbəti mərhələdə karyera inkişafı istiqamətində dəstək göstəriləcək.













Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 24 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabr