"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNİB + VİDEO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNİB + VİDEO"Qarabağ" - "Marsel" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 12-ci dəqiqəsində "Marsel"in yarımmüdafiəçisi Geye hesabı açıb.

34-cü dəqiqədə "Qarabağ"ın hücumusu Vadci fərqlənsə də, əllə oynadığı üçün qol qeydə alınmayıb.

İkinci hissədə isə daha iki dəfə qol vuran qonaqlar yekunda 3:0 hesablı qələbəyə seviniblər.

Avropa Konfrans Liqası

"Qarabağ" (Azərbaycan) – "Marsel" (Fransa) - 0:3

Qollar: Geye, 12, Qenduzi, 77, De La Fuente, 90+2

Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

23:40

"Qarabağ" - "Marsel" matçında üçüncü qol vurulub.

Matçın əsas vaxtında artırılmış 2-ci dəqiqə De La Fuente komandasının böyükhesablı qələbəsini təmin edən qola imza atıb.

23:26

"Qarabağ" - "Marsel" matçında ikinci qol vurulub.

Qarşılaşmanın 77-ci dəqiqəsində Matteo Qenduzi fərqlənib.

Fransa təmsilçisi iki top fərqi ilə öndədir.

22:27

"Qarabağ" - "Marsel" matçında ağdamlıların vurduğu qol hesaba alınmayıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 34-cü dəqiqəsində "Qarabağ"ın hücumçusu İbrahim Vadci topu əllə qapıdan keçirib.

Hakim epizodu görmədiyi üçün qol qərarı versə də, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun müdaxiləsi ilə sonradan qol qərarı ləğv edilib.

Vadcini yanına çağıran Qurbanov ondan düzünü deməsini istəyib və hücumçunun etirafından sonra qol qeydə alınmayıb.

Hazırda "Marsel"in 1:0 hesablı üstünlüyü davam edir.

21:59

"Qarabağ" - "Marsel" matçında hesab açılıb.

Qarşılaşmanın 12-ci dəqiqəsində Geye qonaqları hesabda önə çıxarıb.

21:46

"Qarabağ" - "Marsel" matçında start fiti səslənib.

Hazırda oyunda qolsuz bərabərlik davam edir.

20:32

Bu gün "Qarabağ" Bakıda tarixi oyuna çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, komandamız bu gün Avropa Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Fransanın köklü klublarından olan "Marsel"i qəbul edəcək.

Çempionlar Liqasını qazanmış yeganə Fransa klubu olan "Marsel"lə matçda "Qarabağ" hücum futbolu nümayiş etdirməyə çalışacaq. Çünki komandamız Marseldə keçirilmiş ilk matçda 1:3 uduzub. Komandamız ən pis halda 2 top fərqi ilə qalib gəlməlidir ki, matçı əlavə vaxt və ya penaltilər seriyasına daşıya bilsin.

Artıq hər iki komandanın heyətləri açıqlanıb.

21:45 "Qarabağ" (Azərbaycan) – "Marsel" (Fransa)

Hakimlər: Bartoş Frankovski, Marçin Bonek, Yakub Vinkler, Kjıştof Yakubik (hamısı Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov 29. Marko Veşoviç, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov

"Marsel": 30. Stiv Mandanda, 2. Vilyam Saliba, 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 14. Luan Peres, 15. Due Çaleta-Tsar, 21. Valenten Ronjye, 22. Pap Quye
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 3. Alvaro Qonsales, 5. Leonardo Balyerdi, 7. Amin Arit, 8. Jerson, 9. Arkadiuş Milik, 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 23. Sead Kolaşinats, 29. Pol Lirola
Baş məşqçi: Xorxe Sampaoli


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1811   Tarix: 24 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr