Dələduzlardan necə qorunaq? - Bankdan AÇIQLAMA
Son dövrlər bankların adından istifadə edərək dələduzluq etməyə çalışan şəxslərin sayı çoxalıb. Bəs bununla bağlı mübarizəni banklar necə aparır? Hansı tədbirlər görülür?
Mövzuyla bağlı "Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, "Kapital Bank" dələduzlarla bağlı mübarizəyə uzun zamandır başlayıb:
"Bizim müştəri seqmentinin bir hissəsi həssas əhali kateqoriyasına aiddir. Təqaüdçülər, əlillik müavinətləri alanlar, xüsusən yaşlı insanlar çox zaman texnologiyadan, kartdan istifadədən bir az kənar olurlar. Bu da onların yaşları ilə əlaqədardır. Biz bununla bağlı 2017-ci ildə "yaşlı insanların maarifləndirilməsi" ilə bağlı sosial layihə hazırladıq. Daha sonra yaşlı insanlara treninqlər keçirdik, kartdan ən sadə istifadə qaydalarını öyrətdik. Bu gün də biz təlimlərimizi davam etdiririk. Artıq həmin insanlara bankomat yox, POS-terminallardan, nağdsız ödənişlərdən istifadəni təbliğ edirik. Əvvəllər pensiya verilən vaxt bankomatların qarşısında uzun növbələr olardı. İndi isə o növbələr azalıb, çünki biz onlara post-terminaldan istifadəni təşviq edirik: pulu kartdan çıxarmaq əvəzinə, ödənişləri post-terminal vasitəsilə etsinlər.
Bu barədə dövlətin də böyük dəstəyi oldu ki, bu strategiyanı, nağdsız ödənişlərin təşviqini həyata keçirdi. Bizim mobil tətbiqimiz var. Ölkə üzrə digər tətbiqlər arasında birinci yerdədir.
Dələduzluqla bağlı əhalini diqqətli olmağa çağırırıq. Heç bir bank işçisi zəng edib kart sahibindən kart məlumatlarını, təhlükəsizlik kodlarını istəyə bilməz. Əgər sizə zəng edən həqiqətən bank əməkdaşıdırsa, o sizin nömrənizi, müştəri kodunuzu gördüyü kimi, sistemdə digər məlumatları da görə bilir. Bu səbəbdən həmin insanlara aldanmayın. Kartın 16 rəqəmli kodunu, istifadə müddətini, kartın arxasında olan CVC kodunu, telefona gələn "3D-Secure" kodunu heç kimə deməyin. Təbii ki, ən əsası isə kartı heç kimə vermədən özünüzdə saxlayın. İnsanlar pul kisələrinə necə münasibət göstərirlərsə, eyni münasibəti də kartlarına göstərməlidirlər".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1842 Tarix: 26 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrQadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrKredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir
Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl
22 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabr