Ukrayna niyə nüvə silahından imtina etdi və onu yenidən yarada bilərmi?

Ukrayna niyə nüvə silahından imtina etdi və onu yenidən yarada bilərmi?1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisində bütün çatdırılma vasitələri ilə birlikdə 1700 sovet nüvə başlığı qalmışdı. Bu arsenal Ukraynanı planetin üçüncü ən böyük nüvə dövlətinə çevirmişdi. Lakin Ukrayna yalnız 1994-cü ilə qədər bu statusda qaldı, sonra isə bütün nüvə silahlarını könüllü olaraq Rusiyaya verdi. Sovet mirası

Amerika Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, 1991-ci ilə qədər Sovet İttifaqının 10.200 nüvə başlığı vardı. Fövqəldövlətin süqutundan sonra bu silahların əhəmiyyətli hissəsi yeni yaranan üç respublikada cəmləşdi: Ukraynada (1700), Qazaxıstanda (1216) və Belarusda (1120).

Rusiya strateji silahların idarə edilməsində formal olaraq aparıcı rol oynamağa davam edirdi. Lakin silahlar faktik olaraq MDB-nin birgə nəzarətinə keçdi və birliyin bütün üzvlərinin razılığı olmadan istifadə oluna bilməzdi.

Ukrayna nüvə silahını vetməyi açıq-aşkar istəmirdi. Ukrayna hökuməti ölkəni döyüşə hazır donanmaya və strateji silahlara malik güclü dövlətə çevirmək niyyətində idi. Belə bir siyasət gələcəkdə Moskva ilə qaçılmaz rəqabətə səbəb olacaqdı. Ukraynanın keçmiş ədliyyə naziri Sergey Qolovatıy açıq şəkildə bəyan etmişdi ki, ölkə Rusiyanın qarşısını kəsmək üçün hələ nüvə başlıqlarına ehtiyac duyacaq. Qeyd edək ki, beynəlxalq politoloqlar 1993-cü ildən qardaş ölkələr arasında münaqişələrin olacağını proqnozlaşdırırdılar.

Vaşinqtonun səsi

Ukrayna, Belarus və Qazaxıstanın tərksilah edilməsi ABŞ-ın vasitəçiliyi ilə baş tutdu. Məhz Vaşinqton gənc respublikaları strateji silahlardan əl çəkməyə sövq edən əsas gücə çevrildi.

Amerika siyasətçiləri ukraynalıların nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşırdılar və onun Şərqi Avropada yayılmasına qəti şəkildə qarşı idilər. Üç ölkənin birdən-birə "nüvə klubu"na daxil olması nə Rusiyaya, nə ABŞ-a, nə də başqa ölkələrə lazım idi.

İstifadə müddəti başa çatdıqdan sonra köhnəlmiş atom silahları məhv edilməli və Kiyev onları yeniləri ilə əvəz etməli idi. Ancaq nəzərə alsaq ki, ukraynalıların heç vaxt müstəqil nüvə proqramı olmayıb, bu problemləri həll edə bilməyəcəkdilər.

Bundan əlavə, Moskvadan qalan bütün raketlər uzaq məsafəli idi – 5-10 min km. arasında. Çünki o silahlar əvvəllər ABŞ-ı hədəf almışdı. Bu tip raketlər Rusiyanı cilovlamaq üçün tamamilə yararsız idi. Birləşmiş Ştatların Ukraynadan nüvə başlıqlarından imtina etməyi tələb etməsinin səbəblərdən biri bu idi.

Yenidənqurma dövrünün total korrupsiyası şəraitində amerikalılar həm də ukraynalıların bu raketləri başqalarına satacağından qorxurdular.

Yayılan şayiələrə görə, 90-cı illərdə Pakistanın nüvə silahı alveri etmək niyyəti vardı, İran, eləcə də terrorçu qruplar döyüş başlıqlarının satışı ilə bağlı onunla danışıqlar aparırdılar. Dünya oxşar hadisənin postsovet məkanında da baş verəcəyindən qorxurdu.

Yeri gəlmişkən, Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk bəyan etmişdi ki, onun nüvə çamadanı olmayıb, nüvə başlıqlarına nəzarət Yeltsinin əlində idi.

Budapeşt Memorandumu

Nüvə silahlarından imtinaya görə, Ukrayna Budapeşt Memorandumunda təsbit olunmuş yaxşı iqtisadi imtiyazlar, eləcə də təhlükəsizlik zəmanətləri əldə etdi. Əsas müddəalara görə, üç böyük dövlət - ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın mövcud sərhədlərinə hörmətlə yanaşmağa, BMT-yə qoşulmasına və böhran zamanı kömək etməyə, nüvə hücumundan qorumağa, həmçinin Kiyevə qarşı hər hansı güc tətbiq etməməyə və iqtisadi təzyiq göstərməyəcəklərinə söz verdilər. Oxşar zəmanətləri bir müddət sonra Fransa və Çin də verdi.

Beləliklə, aparıcı dünya dövlətləri Ukraynanın tərksilah olmasını alqışladılar. Ancaq Kiyevin başqa seçimi yox idi. Atom silahlarını verməkdən imtina edəcəyi halda, ölkə siyasi baxımdan Qərbdən təcrid vəziyyətinə düşəcəkdi.

Ukrayna bu gün atom silahı yarada bilərmi?

Fevralın 21-də Rusiya hökuməti "DXR" və "LXR"-i rəsmən tanıdıqdan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Budapeşt Memorandumunun müddəalarına yenidən baxmaq niyyətində olduğunu açıqladı. Kiyev Qərb müttəfiqlərinin vəziyyətə daha fəal müdaxilə etməsinə nail olmaq niyyətindədir və yardımı qeyri-kafi hesab edərsə, özünün nüvə silahını yaratmaqla təhdid edir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarına görə, Ukrayna həqiqətən də strateji silahlar yarada bilər. Lazımi sənədlər, təlim məktəbləri, uran mədənləri və hazır daşıyıcılar şəklində qalmış sovet mirasını nəzərə alsaq, ukraynalılar üçün bunu etmək İran və ya Şimali Koreyadan xeyli asandır./axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2123   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək

Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefo

29 oktyabr
.

Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar

28 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy

28 oktyabr
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

Cənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib

Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib. "Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələb

29 oktyabr
.

İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların

29 oktyabr