Sumqayıt hadisələrindən 34 il keçir

Sumqayıt hadisələrindən 34 il keçirBu gün Ermənistanın rəvacı ilə ermənilərin Sumqayıtda təxribat törətməsindən 34 il keçir.

Sonxeber.az bildirir ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələrdə məqsəd azərbaycanlılara qarşı mənfi rəy yaratmaq idi.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi erməni millətçiləri ilə birgə Azərbaycana qarşı birləşərək təxribatlar törətdilər.

Ancaq istintaq sonradan başqa motivləri üzə çıxardı.

Şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir.

SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi.

Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb.

Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış beş cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.

İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.

1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb. İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib. İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub. Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, "ermənilərə ölüm", "ardımca" və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlərinə əsasən hərəkət ediblər. İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.

Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb. Ortaya sual çıxır ki, hansı "xidmətlərinə" görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin "Krunk" cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri "Krunk" cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, "Krunk" cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini "Krunk" cəmiyyətinə köçürüblər.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1021   Tarix: 28 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr