Rusiyalı jurnalistlər Azərbaycanın uğur və mövqeyi ilə bir daha məlumatlandırıldılar

Rusiyalı jurnalistlər Azərbaycanın uğur və mövqeyi ilə bir daha məlumatlandırıldılarBu il fevralın 23-də Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüş keçirib və bu görüş dünyanın bir sıra aparıcı informasiya vasitələrinin diqqət mərkəzində olub. Görüş zamanı ölkə başçısı iki qonşu dövlət arasında mövcud əlaqələrin vəziyyəti, gələcəkdə daha da genişləndirilməsi, həmçinin bir çox sahələri əhatə edən sualları ətraflı cavablandırıb.
Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsinin getdiyi, istərsə də postmünaqişə dövründə çoxsaylı müsahibələrinin hər biri məhz tarixi Zəfərimizin təqdimatı fonunda aparılır, 30 illik işğal dövrünün reallıqları diqqətə çatdırılır, ən əsas hazırkı dönəmdə regionda və dünyada cərəyan edən proseslərə diqqət yönəldilir.
Görüşdə dövlət başçısı qeyd edib ki, 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilib, tarixi, dini abidələrimiz dağıdılıb. Dövlət başçısı bu görüşdə də diqqəti bu kimi erməni vəhşiliklərinə yönəldərək qeyd edib ki, təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Bu illər ərzində ermənilərin törətdikləri təxribatları, faciələri "nədənsə" dünya görmür. Nədənsə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar həqiqəti görür, amma maraqları naminə susur, işğalçı Ermənistanın bəhrələnməsinə şərait yaradır, digər tərəfdən isə kağız üzərində qalmış qərar və qətnamələrində Azərbaycanın mövqeyinin haqlı olduğunu bildirirdilər.
Bu gün dünya gücləri bizim Zəfərimizin yaratdığı reallıqları qəbul edirlər. Azərbaycan Vətən müharibəsində Qələbəsi ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi, tarixi torpaqlarımıza qovuşduq və bu gün bütün azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri geniş vüsət alıb. Dövlət başçısı İlham Əliyev azad edilmiş torpaqlarda bütün bərpa işlərinin ən yüksək səviyyədə təşkil olunacağını bildirərək bu ərazilərin cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulayır.
"Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək" söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, hər şey plan üzrə yerinə yetiriləcəkdir. "Yaşıl enerji" prinsipi əsas götürüləcək: "Qarabağ və Şərqi Zəngəzurun bütün zonası "yaşıl enerji" zonası və "ağıllı şəhərlər", "ağıllı kəndlər" konsepsiyası olacaq. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik."
Bir sözlə dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi gələcəklə bağlı hədəflərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın informasiya cəbhəsində qalibiyyətidir. Bu baxımdan ki, dövlət başçısı ermənilərin təxribatlarını, törətdikləri faciələri, vəhşilikləri əsaslı şəkildə açıqlayır, dünya güclərini erməni faşizminin tamamilə məhv edilməsi üçün birliyə, həmrəyliyə çağırır. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlərdən, etimadsızlıq mühitindən nəticə çıxarmalıdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 908   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr