Sabiq xəstəxana direktoruna hökm oxunub
"Ağcabədi rayon Mərkəzi xəstəxanası" publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Fövzi Tahirov təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, Fövzi Tahirov qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1137 Tarix: 02 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabr