Tacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

Tacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt Bakı şəhərinin tarixi, şəhərdə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, "Bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaqdır.
Azərbaycan və Tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. Rüstəm Emoməli Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirmişdir.
Bakı şəhəri haqqında videorolik nümayişindən sonra Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalandı və xatirə hədiyyələri təqdim olundu.
Görüşdə Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əsgərov və Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli iştirak ediblər.
Səfər çərçivəsində Tacikistanlı qonaqlar Bakı şəhərinin görməli yerlərini gəzəcəklər.
Tacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilibTacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 802   Tarix: 04 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr