Bağça müdiri olmaq üçün nə qədər məbləğ ödənildi? - Vilyam Hacıyevin məhkəməsi

Bağça müdiri olmaq üçün nə qədər məbləğ ödənildi? - Vilyam Hacıyevin məhkəməsiBakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Qızılkənd kəndinin sabiq icra nümayəndəsi Daxil Abdullayev icra nümayəndəsi vəzifəsinə təyin olunmaq üçün icra başçısına rüşvət vermədiyini bildirib. O qeyd edib ki, bunun üçün o icra hakimiyyətinin Ərazi idarəetmə orqanlarıyla iş şöbəsinin müdirinə pul verib.

Şahidin istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğuna görə əvvəlki ifadəsi elan edilib.

İfadədə bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000, sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat pul verib.

Daxil Abdullayev bildirib ki, həmin vəsaiti icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə verib:

"Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır, mən də verdim".

Daxil Abdullayev bildirib ki, Vilyam Hacıyevin Qızılkənd kəndində məktəb tikilməsində, kəndə qaz çəkilməsi, yol salınmasında xidmətləri var:

"Mənim 68 yaşım var, yalan danışmaq istəmirəm. İcra başçısının xidmətləri də az deyil".

Digər şahid Adil Kərimov da icra nümayəndəsi vəzifəsində işlədiyini bildirib və bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu üzrə danışıb.
"Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar məsələlər üzrə başçının müavini Təranə xanıma təhvil verildi", - deyə şahid bildirib.

Prokurorun "o pul son nəticədə kimə çatıb", - sualına isə şahid məlumatı olmadığını deyib.

Prosesdə son olaraq betonzavod rəisi Zakir Əliyev ifadə verib. Şahidin sözlərinə görə İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikilişi zamanı beton vermək üçün icra hakimiyyətinin baş mühasibinə pul verib:

"Xahiş etdim ki, binanın tikintisi üçün betonu mən verim. Cəmil də razılaşdı. Buna görə ona 2 ya 3 min pul verdim".

Növbəti proses martın 10-a təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub./modern


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1501   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Yeni məhdudiyyətlər gəlir

Bankların kreditvermə qaydalarında nəzərdə tutulan dəyişikliklər vətəndaşların borclanma imkanlarına, kredit müraciətlərinin qiymətləndirilməsinə və maliyyə bazarındakı münasibətlərə təsir göstərə bilər. Xüsusilə, borcalanların gəlirlərinin, mövcud öhdəliklərinin və ödəmə qabiliyyətinin daha ətrafl

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr