Bakıda dünyaya göz açmış, hazırda Odessada yaşayan qadın: "Həyat bir daha əvvəlki kimi olmayacaq"

Bakıda dünyaya göz açmış, hazırda Odessada yaşayan qadın: "Həyat bir daha əvvəlki kimi olmayacaq""Hazırda Ukraynada baş verənlər haqda xəbərləri oxumaq təkcə qorxulu deyil, həm də ağrılıdır. Mən bizim xalqımızın nümayəndələrinin həyatı üçün çox narahatam. Bu dəhşətli müharibədən əziyyət çəkənlər üçün ürəyim parçalanır".

Ukraynanın Odessa şəhərindən olan ekskursiya rəhbəri Aleksandra Matveyeçeva Media.Az-a öz doğma şəhərində cərəyan edən son hadisələr barədə danışıb.

Aleksandra Matveyeçeva Bakıda anadan olub, lakin Birinci Qarabağ müharibəsi başlayandan sonra valideynləri ilə birlikdə Ukraynaya köçüb. Ölkədəki çətin vəziyyətə baxmayaraq, o və əri Ukraynanı tərk etməyi planlaşdırmırlar. Onlar imkan daxilində şəhər sakinlərinə, hərbçilərə köməklik göstərir, həmçinin sahibsiz heyvanları da unutmurlar.

"Fevralın 24-də səhər saat 5-də ərim məni yuxudan oyadıb dedi ki, Rusiya ordusu Ukraynaya hücum edib. Bunun ardınca mən partlayış səsləri eşitdim. Sonra məlum oldu ki, həyat heç vaxt əvvəlki kimi olmayacaq", - Aleksandra Matveyeçeva hadisələrin əvvəlini xatırlayarkən bildirib.

Onun sözlərinə görə, Odessada hər gün hava hücumu ilə əlaqədar həyəcan siqnalı səslənir və hazırda ölkədə "iki divar qaydasını" bilməyən yoxdur.

Bu qaydalarda qeyd olunur ki, raket hücumu zamanı divarlar arasında gizlənmək lazımdır: birincisi xarici hissə olan pəncərə tərəfdir (bura partlayış gücünü öz üzərinə götürür), ikincisi isə otaqlar arasında (dağıdıcı nəticələr olsa da, ora toxunulmaz qalır) olan hissədir.

"Əgər hərbçilərimiz mütəmadi olaraq Rusiya pilotsuz təyyarələrinin və raketlərinin qarşısını almasaydılar, hansı miqyasda hava hücumlarına məruz qalacağımız məlum olmazdı. Təsəvvür edin ki, hər an sığınacağa qaçmağa hazır vəziyyətdə olmalıyıq. Bir çoxları mənzillərinin dəhlizlərində yatırlar. Ərimlə mənim üçün ən yaxın və təhlükəsiz yer evimizdəki pilləkənin altıdır", - Aleksandra Matveyeçeva söyləyir.

Ekstremal hal üçün isə həmsöhbətimizin bel çantası hazır vəziyyətdədir. Oraya fövqəladə hallarda sağ qalmaq üçün lazım olan əşyalar yığılır. A. Matveyeçeva bel çantasına sənədlərini, ilkin tibbi yardım çantasını, su, konserv və pişik yemi qoyub:

"Bizim iki pişiyimiz var, onlar həmişə qoşqulu qayışlarda olur ki, lazım gələrsə, tez onları da götürüb birlikdə çıxa bilək. Biz həmçinin sahibsiz qalan heyvanları da yemləyirik".

A. Matveyeçeva digər könüllülərlə birlikdə Ukrayna ordusuna göndərilən kamuflyaj çadırları toxuyur. Bundan əlavə, xanım hərbi hücum zamanı davranış taktikası və ilkin tibbi yardım göstərilməsinə aid dərslərdə iştirak etmək istəyir. Amma orada iştirak üçün növbələr artıq əvvəldən tutulub. Onun sözlərinə görə, şəhərdə böyük humanitar yardım qərargahı yerləşdirilib və digər bölgələr də yardımla təmin olunur. Restoranlar əsgərlər üçün yemək hazırlayır, yerli müəssisələr isə isti paltarlar və yataq çantaları tikib pulsuz paylayır.

"Bizim xalqımızda birlik var. Mən bu birliyə heyranam. Burada orduya, ərazimizin müdafiəsini təşkil edənlərə, məcburi köçkünlərə kömək edən, barrikadalar və tank əleyhinə metal kirpilər quran nə qədər könüllülərimiz var", - deyə müsahibimiz qeyd edir.

Ekskursiya rəhbəri söyləyir ki, şəhərin rəhbəri olmuş və Odessanın əsas simvollarından biri hesab edilən Dyuk de Rişelyenin abidəsi qum torbası ilə örtülüb ki, zərər görməsin.

Həmçinin yaşayış məntəqəsində komendant saatı və "quru qanun" (talan və xuliqanlığın qarşısını almaq üçün spirtli içkilərin istifadəsinə, satışına və istehsalına qadağa) tətbiq edilib.

A. Matveyeçeva həmçinin bildirdi ki, uşaqlı rəfiqələrinin hamısı Odessanı artıq tərk edib. Lakin o, öz doğma şəhərini tərk etmək istəmir:

"Təxliyə üçün imkan olsa da, belə bir istəyim yoxdur. Mənim evim və mənim üçün doğma olan hər şey buradadır. Mən hiss edirəm ki, olmalı olduğum yerdəyəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1271   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr