Ukraynaya "faşist" deyən azərbaycanlı yazıçı KİMDİR? - Xarrat, təmirçi və...

Ukraynaya "faşist" deyən azərbaycanlı yazıçı KİMDİR? - Xarrat, təmirçi və...Rusiya-Ukrayna müharibəsində Putinə dəstək olan 500 rusiyalı yazıçı ona məktubu yazıb. Məktub yazanlar arasında azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Knyaz Qoçaq (Qurbanov Knyaz Qoçaq oğlu) da var.

Sonxeber.az azərbaycanlı yazıçının kimliyini araşdırıb.

Knyaz Qoçaq oğlu Qurbanov 1954-cü ilin dekabrın 26-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. 1977-ci ildən Rusiyanın Xantı-Mansiysk vilayətində yaşayır.
Yazıçı 1986-cı ildə Tümen Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əvvəllər tikintidə xarrat, təmirçi, neft operatoru vəzifələrində çalışıb.
O, həmin ərəfədə ədəbi yaradıcılıqla məşğul olub. O, həm Azərbaycan, həm də rus dillərində çap edilib.

Onun yazıları "Literaturnaya Rosiya", "Literaturnaya Azerbyadjan", "Literaturnaya uçeba", "Mir severa", "Yuqra", "Yunost", "Erintur" qəzət və jurnallarında dərc olunub. Azərbaycan dilinə bir neçə rus şair və yazıçıların əsərlərini tərcümə edib.

O, "Qoçaq" ləqəbi ilə yazır. 2000-ci ildən Azərbaycan, 2003-cü ildən isə Rusiya Yazıçılar Birliyinin üzvüdür.

Qeyd edək ki, hazırda Sibirdə - Pıtyax şəhərində yaşayır və orada nəşr olunan "Novaya Severnaya qazeta"nın sosial şöbəsinin redaktorudur.

Məlumat üçün bildirək ki, Knyaz Qoçaq Rusiya-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə, Rusiya Federasiyası Xantı-Mansiysk Muxtar Dairəsinin Əməkdar mədəniyyət xadimi adına layiq görülüb.

Qeyd edək ki, "Literaturnaya qazeta"da dərc olunan bu müraciətdə Knyaz Qurbanov da daxil olmaqla 500 yazıçı Ukrayna hakimiyyətini "faşist" rejim adlandıraraq, müharibəyə haqq qazandırmışlar./lent.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2805   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr