Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdi

Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdiMoskvadan gözlənilən həmlə gəldi. Ermənistanın rəsmi Bakının sülh danışıqları ilə bağlı 5 şərtinə Minsk qrupu ilə qarşılıq verməsindən sonra Vladimir Putinlə Nikol Paşinyan arasındakı telefon danışığı belə deməyə əsas verir.

Putinin Paşinyanla telefon danışığının səbəbi heç şübhəsiz ki, bir neçə gün öncə dünyanı qarşısına alan Rusiyanın düşdüyü vəziyyətdən istifadə edərək dərhal Emanuel Makronla görüşmək üçün Parisə uçan erməni baş naziri məzəmmət etmək idi. Əslində Putinin Paşinyanı daha tez axtaracağı gözlənilirdi, amma bunun Ermənistanın Azərbaycanın sülh danışqları ilə bağlı təklifinə cavabından sonra baş verməsi Rusiyanın narahat olduğu məqamın əslində hansı məsələ olduğunu anlamağa kömək etdi.
Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdiPaşinyanın Paris səfərindən öncə Moskvaya gələn dəvəti geri çevirib, əvəzində Fransanı seçməsi, bunun ardınca Azərbaycanın təklifinə cavab olaraq Kremlin indiki situasiyada hec cür razı qalmayacağı - Minsk Qrupunun danışıqlar prosesində iştirakına qoşmağa can atması bu deyilənlərin əyani təsdiqidir.

Telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib. Liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub. Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Lakin burada bir məqam xüsusuilə diqqət çəkib: Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdiSon proseslərə nəzər salsaq görərik ki, əslində Putin-Paşinyan danışığının əsas istiqaməti İrəvanın rəsmi Bakının sülh danışıqları ilə bağlı 5 maddəlik təklif paketinə cavabında Ermənistan rəhbərliyinin Qərbi bu və ya digər yolla prosesə müdaxilə etmək təşəbbüsü məsələsindən gedir ki, bu da Moskvanı ciddi narahat edib.

Daha əvvəl ölkəsinə dəvət etdiyi Paşinyanın Moskvanı Parisə dəyişməsi görünür Putinə bir o qədər təsir etməmişdi ki, qlobal hadisələrin episentrində yer alan Rusiyanın başının qarışıq olduğu bir vaxtı rəsmi İrəvanın Bakıya göndərdiyi cavabında fürsət bilib Qərbin Cənubi Qafqazdakı proseslərə müdaxilə etməsinə canfəşanlıq göstərməsi məsələsi Kremldə ciddi narahatlıq yaradıb. Onu da nəzərə alsaq ki, məhz Putin-Paşinyan danışığı erməni baş nazirinin Paris səfərindən dərhal sonra yox, Ermənistanın Azərbaycanla sülh danışıqları təklifinə cavabından sonra baş verdi, anlaşılır ki, Moskva da Paşinyanın Paris səfərinin əsl məğzində Moskvaya xəyanət dayandığından yaxşı xəbərdardır.

Paşinyan bu səfərlə bir yandan Rusiyanın orbitindən çıxmaq məqsədi güdürdüsə, digər yandan Ermənistan rəhbərliyi üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri (kommunikasiyaların - Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya məsələsi) icra etməmək üçün Qərbin dəstəyini hiss etmək istəyib. Bunu yaxşı anlayan Moskva hadisələrin əsas tektonik zonasında yer alan Rusiya üçün misli görünməyən sanksiyalar qarşısında nəfəslik ola biləcək Zəngəzur dəhlizinin arxa plana salınması məsələsinin onun üçün həyati əhəmiyyət kəsb etdiyini anlayır.
Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdiXüsusilə Azərbaycanın İranla Anlaşma Memorandumundan sonra Ermənistanın manipulyasiyalarının əsl qurbanının, itirən tərəfin məhz Moskva olduğunu anlayan Kreml rəhbərliyi Paşinyan və komandasının Qərbin sifarişini yerinə yetirmək üçün hazırda kamikadze olmağa belə hazır vəziyyətdə göründüyündən duyuq düşdüyü hiss edilməyə başlayıb. Rusiya yaxşı anlayır ki, bu zamana kimi regiondakı proseslərdən təcrid edilən, regional və qlobal layihələrdən kənarda qalan, lobbinin göndərdiyi milyonlar hesabına bu gündən sabaha güclə çıxan bir Ermənistan geridə qalan 30 il ərzində dilənçi kökündə yaşamağa, kənardan ölkəyə axan qrantlar hesabına dolanmağa razı olduğu halda onlar belə tez bir zamanda Zəngzəur dəhlizinin mahiyyətini anlaya bilməzlər.

Nəzərə alsaq ki, rəsmi Bakının 5 bəndlik sənədi eynilə üçtərəfli bəyanatların icrası prosesinin sürətləndirilməsi üçün təkliflər paketindən ibarətdir, demək o zaman Kreml rəhbərinin erməni baş nazirlə dioloqunun əsas istiqamətinin məhz Ermənistanın Azərbaycanla sülh danışıqlarında iştirakı üçün irəli sürdüyü məsələ olub. Rəsmi İrəvanın proseslərə yenidən vasitəçi qismində ATƏT-in Minsk qrupunu daxil etmək istəyinin Bakıya ünvanladığı cavabda xüsusi qeyd edilməsi Moskvanı qane edə bilməz:

Birincisi ona görə ki, bu iki ölkə arasında 44 günlük müharibə və ondan sonrakı dönəmdə əsas vasitəçi qismində Minsk Qrupu formatından kənarda fəallıq nümayiş etdirən Rusiya olub. Bu gün Ermənistan-Azərbaycan arasında sulh danışıqlarına Ermənistanın Minsk Qrupunu qoşmaq cəhdi Moskvanın gözündə onun bu zamana kimi gördüyü işlərə şərik çıxmaq, onun fəaliyyətinə kölgə salmaq deməkdir.

İkinci səbəb isə şübhəsiz ki, Ukrayna ilə müharibə fonunda Ermənistanın bölgədə həllini tam olaraq tapmayan bir məsələyə, özü də Rusiyanın tənzimləməsi üçün Kreml rəhbərinin imzası olan bir məsələyə görə İrəvanın yaranan hazırkı geosiyasi durumdan istifadə edərək Moskvaya əks qütbdə mövqe tutan, bu gün Rusiyanı hər nə yolla olursa olsun çökdürməyə çalışan Qərbdən, ABŞ-dan yardım istəyi bəlkə də Moskvanın ən son razılaşa biləcəyi bir proses ola bilər. Ermənistanın Azərbaycanın 5 şərtinə Minsk qrupu ilə qarşılıq verməsinin Moskva nöqteyi nəzərədən başqa adı yoxdur.
Ermənistan Rusiya ilə arasındakı "körpüləri" yandırmağa başladı - Putin dərhal İrəvana zəng etdiBu gün Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə Ermənistanda müxtəlif aksiyaların təşkili, İrəvanın ən gözədəyən yerlərində bununla bağlı pankartların asılması belə artıq Moskvanı aldatmaq üçün yetərli kimi görünmür. Rusiya bundan sonra Ermənistanın ikili oyunlarına, sağ göstərib sol vurmaq kimi "bacarığına" inanana bənzəmir.

Rusiya yaxşı anlayır ki, Qərbin Ermənistan- Azərbaycan arasında sülh danışıqlarında iştirakına imkan vermək Moskvanın böyük ehtimalla bölgədən sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Ona görə də Rusiya bu mövzuda ən çox İrəvanın atacağı növbəti xəyanətkar addımlara görə ciddi narahatdır, çünki Moskva daha İrəvana inanmır. Belə görünür ki, Paşinyan son Paris səfəri ilə Rusiya ilə arasindakı bütün körpüləri yandırdı/milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2966   Tarix: 17 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr