Ərdoğan Putin və Zelenskiyə DƏVƏT GÖNDƏRDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatı açıqlanıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, Ərdoğan və Putin Rusiya ilə Ukrayna arasında müharibədə son hadisələri və yerlərdə humanitar vəziyyəti müzakirə ediblər.
Türkiyə lideri qeyd edib ki, bir sıra məsələlərdə razılığa gəlmək üçün Rusiya Federasiyası və Ukrayna liderlərinin prezidentləri arasında şəxsi görüş tələb oluna bilər və bununla bağlı o, yenidən Putinlə Zelenskini İstanbul və ya Ankaraya görüşə dəvət edib.
Ərdoğan əmin olduğunu bildirib ki, (Ukraynada) atəşkəs elan olunsa, tərəflər ziddiyyətləri uzunmüddətli həll etmək imkanı əldə edəcəklər.
Türkiyə dövlətinin başçısı həmçinin (Ukraynadakı) humanitar dəhlizlərdən hər iki istiqamətdə səmərəli istifadənin və vəziyyətin yerində monitorinqinin vacibliyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1379 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrPrezident İlham Əliyev müşavirə keçirdi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki
22 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr