Ata məktəbli qızını polisə verdi
Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində taksi sürücüsü işləyən kişi avtomobilin oğurlanması barədə ərizə ilə polisə müraciət edib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, kişinin avtomobilini səkkizinci sinifdə oxuyan qızı qaçırıb.
Hadisə barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Qız şəhəri gəzmək üçün atasından avtomobilin açarlarını oğurlayıb.
Məlumata görə, o, artıq yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatda olub.
Yeniyetməyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı maddəsinin 1-ci hissəsi ("Oğurluq məqsədi olmadan avtomobili və ya digər nəqliyyat vasitəsinə qanunsuz olaraq sahiblənmək") üzrə cinayət işi açılıb. Məktəbliyə beş ilədək həbs cəzası verilə bilər
Bundan əlavə, avtomobili qaçırılan ata barəsində də valideynlik vəzifələrini yerinə yetirməməsi ilə bağlı protokol tərtib edilib. Onu inzibati cərimə gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1451 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Valideyn davranışının 7 düzgün modeli: Onların mahiyyəti nədir?
Hər valideyn istəyir ki, uşağı xoşbəxt, özünə güvənən, müstəqil və uğurlu böyüsün. Lakin əsas sual budur: bunu necə etmək olar?. Qaynarinfo xəbər verir ki, təxminən 80 ildir alimlər bu suala uzunmüddətli tədqiqatlar vasitəsilə cavab tapmağa çalışırlar. Xüsusilə, 70 mindən çox valideyn-uşaq cütlüyü ömürlər
19 yanvarQazaxıstanda vitse-prezident vəzifəsi yaradılacaq
Qazaxıstanda vitse-prezident vəzifəsinin yaradılacağı bəlli olub. saytına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev bildirib. "Söhbət Qazaxıstanın vitse-prezidenti vəzifəsinin yaradılmasından və onun konstitusiyada təsbit edilməsindən gedir. Vitse-prezidentin namizədliy
20 yanvarPakistanın baş naziri Qəzza Sülh Şurasına qoşulmağa dəvət edildi
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmaq üçün dəvət alıb. xəbər verir ki, İslam Respublikasının Xarici İşlər Nazirliyi bu barədə məlumat verib. "Pakistan Qəzzada sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq səylərd
18 yanvarÇexiyada bələdiyyə binasına silahlı hücum - Ölən və yaralılar var+Fotolar
Çexiyanın şimalındakı Xribska şəhərində bələdiyyə binasında baş verən atışma nəticəsində bir nəfər həlak olub, şəhər meri də daxil olmaqla altı nəfər yaralanıb. "Qafqazinfo" "Reuters"ə istinadən xəbər verir ki, hadisə bu gün Praqadan təxminən 110 kilometr şimalda yerləşən kiçik Xribsk
19 yanvar