Bayram günlərində bu küçələrdə təmir aparılacaq - SİYAHI
Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.
"Qafqazinfo" xəbər verir ki, təmir işləri aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində aparılacaq.
Sürücülərdən sözügedən küçə və prospektdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
22-27 mart 2022-ci il tarixlərində təmir işlərinin aparılması nəzərdə tutulan küçələrin siyahısı:
1. Mikayıl Müşfiq küçəsi ("Qurd qapısı"ndan Mətbuat prospektinə qədər);
2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3. A. Salamzadə küçəsi ("Qələbə dairəsi"ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən "20 Yanvar dairəsi"nə qədər);
6. Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7. Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi"nə qədər);
8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10. Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11. Şəhər şossesi (Zabrat yolu);
12. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13. Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14. Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16. Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi"nə qədər).
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1029 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ
Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrSabah Bakıya yağış yağacaq
Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabr