Xalq artisti: "Evdə tək qalanda ağlayıram"
"Bu müharibədə adlarını çəkmək istəmədiyim siyasətçilərin əli var, məhz onlar bunları düzəldirlər və heç kəs bilmir ki, müharibəni kim başladıb..."
Bu sözləri Yenisabah.az-a Rusiya-Ukrayna arasında gedən müharibədən danışan Xalq artisti Cavan Zeynallı deyib.
Sənətçi hər zaman sülhün tərəfdarı olduğunu bildirib:
"Mən şən adamam. Mənim ürəyim çox təmizdir və müharibədən çox danışmaq istəmirəm, çünki siyasətçi deyiləm. İndiyə qədər də başa düşmürəm ki, Ukrayna ilə Rusiya arasında niyə döyüş gedir?! İnternetdə hər gün müharibədən görüntülərə baxıram, bunlar niyə belə edirlər? Ay balam, yaşayın da, həyat adama bir dəfə verilir, nə üçün adamları öldürürsünüz? Heç kəs tam dəqiqliklə bilmir ki, Ukraynada nələr baş verir, çünki hərə bir cür şərh edir. Hər iki ölkə ayrı-ayrı şeylər deyir, hərə öz xeyrinə danışır. Ona görə mən onları başa düşmürəm.
Mən özüm sülh adamıyam. İstəyirəm ki, adamlar əmin-amanlıq içərisində yaşasın. Əgər belə olmasaydım, royalda bütün dünyanın melodiyalarını çala bilməzdim. Mən tək Azərbaycan melodiyalarını ifa etmirəm".
Cazmen sosial şəbəkələrdə müharibə ilə bağlı kadrları gördükcə ağladığını etiraf edib:
"Olan dinc əhaliyə oldu, 110 körpə artıq həyatını itirib. Mən birtəhər oluram. Mən bu hadisələrə baxanda evdə ağlayıram. Tək olanda göz yaşlarıma hakim ola bilmirəm. Mənim üçün tək qalmaq çox çətindir. Heç vaxt istəmərəm ki, dünyanın harasındasa müharibədə körpələr həyatını itirsin, insanlar didərgin düşsün. Sosial şəbəkələrdə müharibədən görüntüləri izləyirəm, sonra görürəm ki, təzyiqim qalxıb. Mənə bu, olmaz axı, yaşlı adamam. Mən siyasətçi deyiləm, cazmenəm, insanlara xoş aura bəxş etmək istəyirəm. Onlar üçün musiqilər ifa edirəm. İnanın, kim gəlib deyir ki, "Cavan müəllim, filan şeyi ifa edərsən?" deyirəm "Baş üstə!" Mənim üçün problem yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai
18 iyul"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabrİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrCeki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər
4 avqustElçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd
29 iyulXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqust1700 illik nadir "Odisseya" parçası tapıldı
Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar
18 sentyabr