Deputat: "Artıq arzularımıza çatmışıq, bayramı azad olunmuş ərazilərdə qeyd edirik"

Deputat: "Artıq arzularımıza çatmışıq, bayramı azad olunmuş ərazilərdə qeyd edirik""Çox sevincli anlar yaşayırıq, 30 il işğalda olan torpaqları azad etmişik. Artıq ikinci ildir Novruz bayramını azad olunmuş torpaqlarda, Qarabağda qeyd edirik. Keçən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada, bu il isə Suqovuşanda bayram tonqalını qaladı. Möhtəşəm anlara şahid edirik. Çünki 30 il xalq bu günləri görməyi arzulayıb. Hər Novruz və başqa milli bayramda arzulayırdıq ki, bayramı o torpaqlara qayıdaq. Şuşada bayrağımızı dalğalandıraq. Artıq arzularımıza çatdığımız gündür".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş torpaqlara gedişi həmin yerlərə yeni ruh verir: "Hər səfər çərçivəsində çoxlu sayda infrastruktur layihələrinin təməli qoyulur. Bu da onu deməyə imkan verir ki, tezliklə biz qaçqın və məcburi köçkünlərimizi həmin ərazilərə qaytaracağıq. Düşünürəm ki, 30 il məcburi köçkünlük həyatı yaşamış insanların elə müasir yerdə yaşamaqla o günlərin əzab-əziyyətlərinin əvəzini çıxacaqlar".

Deputat vurğulayıb ki, Azərbaycan artıq 30 il bundan əvvəlki ölkə deyil: "Azərbaycanın indiki gücü həm torpaqlarını müdafiə etməyə yetər, həm də hər hansı xarici müdaxilə baş verərsə, cavabını verməyə hazırdır. Bütün bunlarla yanaşı, ölkəmizin iqtisadiyyatının sabit olmasıdır ki, həm torpaqları azad etdik, həm də orada bərpa işləri aparırıq. Azərbaycan öz dinamik inkişafını qoruyub saxlayır".

Qeyd edək ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində səfərdə olub və bayram tonqalı alovlandırıblar. Dövlət başçısı həmçinin bir sıra yeni infrastruktur layihələrinin təməlini qoyub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 804   Tarix: 21 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr