Prezidentdən "Azərişığ"a Bakının elektrik xətləri ilə bağlı TAPŞIRIQ
"Azərişıq" ASC tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsinə 35 kilovoltluq müasir izolyasiyalı xəttin çəkilməsi postsovet məkanında bir ilkdir".
Bu barədə "Report"a Suqovuşana mediatur zamanı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
O, yeni xəttin üstünlüklərindən danışıb:
"Bunlar yeni xətlərdir. 110 kilovatlıq Tərtər yarımstansiyasında çəkilmiş bu xətt Suqovuşan qəsəbəsi və Talış kəndini qidalandırır. Biz burada nümunə kimi ənənəvi anker dayaq qoymuşuq. Bu, metal dayaqdır. Adətən ölkənin müxtəlif ərazilərində bu xətlərdə mühafizə zolağı 30-40 metr olur. Bizim çəkdiyimiz yeni xətdə isə mühafizə zolağı 3-6 metrə qədər azalıb. Bu da min hektar torpaq sahəsinin yenidən əkin sahələri kimi istifadəsinə zəmin yaradır. Eyni zamanda qeyri-sabit hava şəraitində ənənəvi xətlərdə açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra bərabərdir. Bu xətlərdə yanğın baş vermə ehtimalı da sıfıra bərabərdir. Eyni zamanda, ənənəvi xətlərdə 10-12 %-ə qədər itki olur. İzolyasiyalı xətlərdə isə itkilər demək olar ki, 3-4 %-ə qədər azalır".
"Bu iqtisadi rentabelliyi nəzərə alaraq Prezident "Azərişıq" rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35 kilovoltluq xətlərdə belə izolyasiyalı naqillərdən istifadə olunsun. Biz də "Azərişıq" olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda Bakı şəhərində də belə müasir, innovativ yeniliyə əsaslanan yüksək gərginlikli xəttləri görə biləcəyik", - deyə V.Aydınoğlu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1114 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr