Əbu-Dabinin vəliəhdi Prezident İlham Əliyevə zəng edib
Martın 22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, xüsusilə iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Söhbət əsnasında tərəflər Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin sərmayəsi ilə Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı bir-birini təbrik etdilər.
Məhəmməd bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunun enerji sahəsində Azərbaycan ilə strateji əməkdaşlığı inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə maraqlı olduğunu ifadə etdi.
Dövlətimizin başçısı bərpaolunan enerji sahəsində ölkəmizin böyük potensialının olduğunu qeyd edərək "Masdar" şirkətinin sərmayəsi ilə tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının əhəmiyyətini vurğuladı.
Söhbət zamanı, həmçinin Ukraynada baş verən hadisələr fonunda dünya enerji bazarında sabitliyin təmin olunması, beynəlxalq və regional gündəliyə aid olan və qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1129 Tarix: 23 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr